Icma.az
close
up
RU
40 dan çıxarma: Sosial ənənə, tibbi təhlükə Nəyi dəyişək, nəyi qoruyaq?

40 dan çıxarma: Sosial ənənə, tibbi təhlükə Nəyi dəyişək, nəyi qoruyaq?

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Yəqin ki, hər birimiz və ya ailə üzvlərimiz ən azı bir dəfə hansısa körpənin “40 mərasimi”nə qatılmışıq. Bu mərasimlər bəzən sadəcə evdə ailə arasında, bəzən isə restoranlarda çoxsaylı qonağın iştirakı ilə keçirilir.

İllərdir davam edən, nəsillərdən nəsillərə ötürülən bu ənənə ilk baxışda təhlükəsiz görünsə də, körpənin sağlamlığı üçün ciddi risklər daşıya biləcəyi unudulmamalıdır.

Bəs, yenidoğulmuş körpələr “40-ı çıxan” kimi çoxsaylı insanla təmasa həqiqətən hazır olurlarmı?

Vaqif Qarayev: “40 çıxmaq” və “uşaqgördü” adəti köhnədən qalmış, artıq funksiyasını itirmiş bir ənənədir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən pediatr Vaqif Qarayev bildirib ki, 40 məsələsi elmdə yoxdur, bu, daha çox müsəlman dünyasında formalaşan bir anlayışdır.

V.Qarayevin sözlərinə görə, uşaq doğulduqdan sonrakı ilk 4 həftə, yəni 28 gün “yeni doğulma dövrü” adlanır. Müsahibimiz bildirib ki, bu dövrü öyrənən xüsusi bir tibb sahəsi var və ona neonatologiya deyilir.

Pediatr bu mərhələnin sonrakı inkişaf dövrlərindən öz spesifik xüsusiyyətləri ilə fərqləndiyini deyib. Bu zaman rast gəlinən xəstəliklər və onlara yanaşma üsulları da fərqli olur.

Həmsöhbətimiz hesab edir ki, “40 çıxmaq” və “uşaqgördü” adəti köhnədən qalmış, artıq funksiyasını itirmiş bir ənənədir.

Həkim onu da vurğulayıb ki, çox vaxt 40 gün tamam olmadan da belə məclislər təşkil edilir:

“Halbuki bu yaşda, yəni yeni doğulma dövründə uşaq mümkün qədər kənar kontaktlardan uzaq saxlanmalıdır. Çünki infeksiyalara çox meyilli olurlar və yoluxduqda xəstəliyi ağır keçirirlər.

Düşünürəm ki, “uşaqgördü” nə qonağa, nə qəbul edən ailəyə, nə də körpəyə real fayda verir. Əksinə, həm xərc, həm də vaxt itkisinə səbəb olur”.

Yusif Nəbiyev: Bu ənənənin sosial birləşdirici funksiyası qorunmalı, lakin forması dəyişməlidir

Mövzu ilə bağlı Bakıvaxtı.az-la fikirlərini bölüşən sosioloq Yusif Nəbiyev isə bildirib ki, bu ənənənin simvolik baxımdan funksional tərəfi olsa da, risk tərəfi də mövcuddur.

Onun sözlərinə görə, "40 çıxarma" mərasimi tarixən körpənin “həyata alışması” və ananın doğuşdan sonrakı təcrid dövrünün bitməsini simvolizə edib:

“Bu, eyni zamanda ailənin sosial kapitalını da gücləndirici rola sahib olub. Belə ki, həmişə bu bəhanə ilə qohumlar, qonşular gəliblər və bununla da münasibətlərin daim möhkəm qalmasına töhvə veriblər. Kəndlərdə və kiçik icmalarda bu, həm də ictimai dəstək sistemini işə salırdı. Yəni kimsi uşaq üçün hədiyyə gətirir, kimisi ev işlərinə kömək edirdi”.

Müsahibimiz nəzərə çatdırıb ki, keçmişdə tibbi-epidemioloji biliklər kifayət qədər olmadığından, körpə immunitetinin zəif olması nəzərə alınmayıb. Y.Nəbiyev əlavə edib ki, indi isə yeni doğulmuş körpənin çox sayda insanla yaxın təmasda olması, xüsusən, öpülməsi, qucağa alınması infeksiya riski yaratdığı üçün tibbi baxımdan çox da məqbul qarşılanmır.

Sosioloq körpələr üçün adi qrip xəstəliyinin belə ağır nəticələr verə bilməsinin heç kəsə sirr olmadığını vurğulayıb.

Həmsöhbətimizin fikrincə, bu ənənənin sosial birləşdirici funksiyası qorunmalı, lakin forması dəyişməlidir:

“Dövrün tələbləri və bilgilərinə uyğun formada optimizasiya edilməlidir. Misal üçün, daha az adamla, ola bilər ki, açıq havada və ya fiziki təmas olmamaq şərtilə simvolik məclislər hələ də təşkil edilə bilər, lakin körpəni izdihamın önünə çıxarmamaq şərtilə. Düşünürəm ki, bu formada həm bu məclislərin sosial funksiyanı qorumuş olarıq, həm də riskləri minimallaşdırarıq”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri