40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?
Icma.az, Axar.az saytına istinadən bildirir.
Ukrayna Prezidenti Zelenskinin “Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır” çıxışı ilk baxışda çox iddialı təsir bağışlayır. Zelenski iki ay öncə də bəyan etmişdi ki, Rusiya ərazisində 40 günlük əməliyyat keçirməyi planlaşdırırlar. Son hərbi əməliyyatlarla doğrudan da Ukrayna Rusiya ərazilərinə ciddi zərbələr vurdu. Rusiyanın strateji obyektlərinə və yanacaq-enerji sektoruna zərər yetirildi. Dünyaya yanacaq satan Rusiya özü yanacaq idxal etməyə məcbur oldu. Ukrayna öz potensialının olduğunu ortaya qoydu.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, dünən Moskvaya həyata keçirilən hücumlar onu göstərdi ki, Ukrayna özünün istehsal etdiyi silahlarla Rusiya üçün kifayət qədər həssas zərbələr endirə bilər:
“Doğrudur, Rusiyanı 40 gün ərzində “darmadağın etmək” real görünmür, amma 40 gün ərzində Ukrayna Rusiyaya həssas zərbələr vura bilər.
Nəzərə alsaq ki, Ukraynaya yardımlar ayrılıb, həm də ABŞ-ın Ukraynaya növbəti silah tədarükü ilə bağlı Konqresdən icazə çıxıb, bu da Ukraynanın həm müqavimət, həm də hücum imkanlarını artırıb.
Bu, Rusiyanı danışıqlar masasına oturmağa məcbur edərmi? Bir qədər mürəkkəb məsələdir. Çünki Rusiya prezidentinin bu danışıqlara getmək niyyətinin olmadığı açıq şəkildə görünməkdədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 21 Sentyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















