40 yaşlı Kriştiano Ronaldo yubileyini kiminlə qeyd etdiyini göstərdi
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Portuqaliyalı futbolçu, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştiano Ronaldo fevralın 6-da azarkeşlərinə müraciət edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bütün zamanların ən yaxşı futbolçularından biri ad günü münasibətilə aldığı təbriklərə görə çoxmilyonluq azarkeş ordusuna təşəkkür edib.
"Möhtəşəm ad günü arzularınız üçün hamınıza təşəkkür edirəm!" - Ronaldo “Instagram”da sevgilisi, model Corcina Rodriqes ilə fotosunu yerləşdirərək yazıb.
40 yaşlı futbolçu yubileyini ailəsi və dostlarından kiminlə qeyd etdiyini də göstərib.
"Ailəm və dostlarımla gözəl gün keçirdim, bundan yaxşısını arzu edə bilməzdim", - Kriştiano fikrini yekunlaşdırıb.
Baxış sayı:133
Bu xəbər 06 Fevral 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















