Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsveçrənin Cenevrə şəhərində hindistanlı dünya çempionu Dommaracu Qukeşlə özbəkistanlı iddiaçı Cavohir Sindarov arasında şahmat tacı uğrunda qarşılaşma başlayıb.
İdman.Biz xəbər verir ki, noyabrın 24-də keçirilən ilk partiyada ağ fiqurlarla oynayan Sindarov qələbə qazana bilməyib. Qukeş rəqibinin təzyiqinə və vaxt azlığına baxmayaraq, məğlubiyyətdən yayınıb.
Partiyanın sonunda maraqlı hakim müdaxiləsi yaşanıb. Sindarov mövqenin üçqat təkrarlanmasına əsaslanaraq heç-heçə tələb edib. Lakin müraciət erkən edildiyindən Qukeşin vaxtına iki dəqiqə əlavə olunub. Sonradan oyun heç-heçə başa çatıb və qarşılaşmada hesab 0,5:0,5 olub.
İkinci partiya noyabrın 25-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu dəfə ağ fiqurlar Qukeşdə olacaq.
Hər iki şahmatçının 20 yaşı var. Bu, klassik şahmat üzrə dünya çempionluğu tarixində ən gənc rəqiblərin qarşılaşmasıdır.
Reqlamentə əsasən, maksimum 14 klassik partiya keçiriləcək. İlk olaraq 7,5 xal toplayan şahmatçı dünya çempionu olacaq. Klassik partiyalardan sonra hesab bərabər qalarsa, qalib tay-breykdə müəyyənləşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 24 Noyabr 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















