İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail İranın nüvə proqramını bərpa etməsi və ballistik raketlərinin mənzilini genişləndirməsi ehtimalından narahatdır.
Moderator.az "Ynet" nəşrinə istinadla xəbər verir ki, Tehran HƏMAS və Hizbullah terror təşkilatlarına maliyyə dəstəyini də davam etdirir. Bununla belə, dəstəyin həcmi əvvəlki illərlə müqayisədə azalıb.
İsrail Müdafiə Qüvvələri və ABŞ Mərkəzi Komandanlığı mümkün yeni müharibə vəziyyətində hücum və müdafiə əməliyyatları üçün birgə hazırlıqlar aparır. İsrail tərəfi mümkün zərbələrin vaxtı və əməliyyatın formatı ilə bağlı son qərarın ABŞ prezidenti Donald Trampa məxsus olduğunu bildirir.
ABŞ dövlət katibi Marko Rubio isə İranın nüvə silahı əldə etməsinin Tehranın Yaxın Şərqdə təsirini artıracağını və ABŞ üçün də təhlükə yaradacağını bəyan edib. O, İran rəhbərliyinin qərarlarında radikal şiə ruhanilərinin dini və teoloji baxışlarının mühüm rol oynadığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 24 Noyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















