Icma.az
close
up
RU
400 bal toplayan Paşa seçəcəyi universiteti açıqladı MÜSAHİBƏ

400 bal toplayan Paşa seçəcəyi universiteti açıqladı MÜSAHİBƏ

Olke.az saytına istinadən Icma.az xəbər verir.

O, əslən Laçın rayonunun Çorman kəndindəndir. Ailəsi məcburi köçkün kimi Qəbələdə məskunlaşıb. Paşa 2009-cu ildə bu şəhərdə anadan olub.

Ölkə.az onunla müsahibəni təqdim edir:

- Paşa, ilk növbədə səni təbrik edirik. Belə bir nəticəni gözləyirdinmi?

-Təşəkkür edirəm. Birinci mərhələdə sürüşdürmədə səhvim olmuşdu. Yüksək bal toplayacağımı gözləyirdim. Amma 400 olacağını düşünmürdüm. Mənim üçün də çox xoş sürpriz oldu.

- İmtahana hazırlaşarkən repetitor yanına getmisən, yoxsa özün hazırlaşmısan?

- Repetitorların yanında hazırlaşmışam.

- Valideynlərin hansı peşənin sahibidir?

- Atam müəllimdir.

- Hansı fənni tədris edir?

- Mənim oxuduğum məktəbdə fiziki tərbiyə fənnini tədris edir.

- Səni atan da imtahanlara hazırlaşdırırdı? 

- Xeyr, əsasən repetitor müəllimlərin yanında hazırlaşmışam.

- Necə oldu ki, ikinci ixtisas qrupunu seçdin?

- Coğrafiyaya böyük marağım var. İkinci qrupu seçməyimin əsas səbəbi də məhz coğrafiyaya olan sevgimdir. 

- İndi yüksək bal toplamısan. Buna baxmayaraq, gələcəkdə coğrafiya sahəsində təhsil almağı düşünürsən?

- Xeyr. Mən maliyyə sahəsində təhsil almaq istəyirəm. 

- Hansı universitetdə təhsil almaq istəyirsən?

- Bakı Ali Neft Məktəbində.

- Hazırda oxuduğun məktəbdə əvvəldən təhsil almısan?

- Xeyr, mən bir neçə məktəb dəyişmişəm. Birinci sinifdən üçüncü sinfə qədər Qəbələ şəhər ümumi orta məktəbində oxumuşam. Dördüncü sinifdən doqquzuncu sinfə qədər Şuşa şəhər 24 nömrəli məktəbdə təhsil almışam. Daha sonra Kəlbəcər rayon 31 nömrəli məktəbdə oxumuşam. Sonuncu təhsil ilimi isə Laçın məktəbində başa vurmuşam.

- Nəticəni ilk kimdən eşitdin?

- Maraqlıdır ki, nəticəni özüm öyrənmədim. Həmin vaxt internetimiz yox idi. Xəbəri mənə atam verdi.

- Bu uğura görə ən böyük təşəkkürün kimlərədir?

- İlk növbədə valideynlərimə, sonra repetitor müəllimlərimə və məktəb müəllimlərimə təşəkkür edirəm.

- Sinifinizdə yüksək nəticə göstərən başqa şagird olubmu?

- Başqa uşaqlar yox. Bundan əvvəl bacım da orada təhsil alıb. Yüksək nəticə göstərib. O, 613 bal toplayaraq hüquq ixtisasına qəbul olub və hazırda Gömrük Akademiyasında təhsil alır.

- Laçına səfər etmək imkanın olubmu?

- Bəli. İşğaldan azad olunduqdan sonra 3-4 dəfə Laçına getmişəm. Ailəmlə birlikdə həmin səfərlərdə iştirak etmişəm.

- Hazırlıq dövründə telefondan və sosial şəbəkələrdən istifadə edirdinmi?

- Bəli, istifadə edirdim. Amma çalışırdım ki, dərslərlə şəxsi vaxtımı bir-birindən ayırım. Sosial şəbəkələrdən istifadə etsəm də, dərslərimə mane olmasına imkan vermirdim.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 İyul 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri