Icma.az
close
up
RU
4000 illik gil lövhələr dünyanın ilk imperiyasının sirlərini açdı

4000 illik gil lövhələr dünyanın ilk imperiyasının sirlərini açdı

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Arxeoloqlar təxminən 4000 il yaşı olan qədim gil lövhələr aşkar ediblər. Bu tapıntılar dünyanın ilk imperiyası hesab edilən Akkadın mövcudluğunu təsdiqləyən ən qədim yazılı sübutlardan biridir və onun son dərəcə mürəkkəb bürokratik sistemini üzə çıxarır.

Qaynarinfo xəbər verir ki, "Interesting Engineering" portalının məlumatına görə, tapılmış gil lövhələr qədim Şumer şəhəri Girsunun (indiki İraq ərazisində yerləşən Tello) dövlət arxivlərinin qalıqlarıdır. Onlar şəhərin xarabalıqlarında, arxiv binasının qalıqları arasında aşkarlanıb.

Bu sənədlər eramızdan əvvəl 2300–2150-ci illəri əhatə edir və həmin dövrdə Girsunun Akkad sülaləsinin nəzarəti altında olduğunu sübut edir. Lövhələr Akkad imperiyasının idarəetmə sisteminə dair ilk konkret dəlilləri təqdim edir.

Dövlət yazışmaları mixi yazı ilə yazılmışdı və təchizat, xərclər kimi müxtəlif hökumət fəaliyyətlərini sənədləşdirirdi. Bu qeydlərə balıq, mal-qara, taxıl, parçalar və hətta qiymətli daş-qaşlar daxildir.

"Onlar hər şeyi qeydə alırdılar. Əgər bir qoyun imperiyanın ən ucqar nöqtəsində ölsəydi, bu da mütləq qeyd olunardı. Akkadlılar bürokratiyaya tamamilə aludə idilər", deyə Britaniya Muzeyinin kuratoru Sebastyan Rey bildirir.

Bundan əlavə, lövhələr əhalinin siyahıya alınması, o cümlədən kişilərin, qadınların və uşaqların adları və peşələri barədə məlumatları da özündə ehtiva edir. Bu, Akkad dövlətinin genişmiqyaslı və sistemli bir idarəetmə aparatı qurduğunu göstərir.

Lövhələrdəki yazılar qadınların da Akkad cəmiyyətində mühüm mövqelərə sahib olduğunu göstərir. Ekspertlərin fikrincə, cəmiyyət əsasən patriarxal olsa da, qadınlar mühüm vəzifələr tuturdular, məsələn, ali kahinlər olurdular.

Eyni zamanda, lövhələr akkadlılar arasında müxtəlif peşələrin mövcudluğunu sübut edir. Onların arasında daş oyma ustaları kimi ixtisaslı sənətkarlar və məbədləri süpürən fəhlələr kimi adi işçilər də olub.

Maraqlıdır ki, bəzi lövhələrdə memarlıq çertyojları, əkin sahələrinin planları və su kanallarının xəritələri tapılıb. Bu isə Akkad idarəçiliyinin yüksək səviyyədə planlaşdırma və sənədləşdirmə aparmasından xəbər verir.

Bu tapıntılar qədim imperiyaların idarəçilik sistemlərini daha yaxşı anlamağa imkan verir və dünyanın ilk mərkəzləşdirilmiş dövlət strukturlarından birinin sübutu kimi qiymətləndirilir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:530
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Mart 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri