Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Boks tarixinin ən böyük simalarından Məhəmməd Əlinin həyatı bu dəfə serial formatında ekranlaşdırılır.
Kulis.az xəbər verir ki, “The Greatest” adlı səkkizseriyalı ekran işi noyabrın 4-də “Prime Video” platformasında yayımlanacaq.
Layihə Əlinin irsi və ailəsinin rəsmi razılığı ilə hazırlanan ilk bədii serial kimi təqdim olunur.
Baş rolu Kalen Best canlandırır. Serialda Əlinin təkcə rinqdəki qələbələri deyil, şəxsiyyətinin formalaşması, ictimai mövqeyi, ailə münasibətləri və Amerika cəmiyyətində tutduğu yer də araşdırılır.
Aktyor heyətində Malkolm X obrazını canlandıran Maykl İli, məşqçi Ancelo Dandi rolunda Covanni Ribizi və digər tanınmış aktyorlar var.
Layihənin icraçı prodüserlərindən biri Məhəmməd Əlinin həyat yoldaşı Loni Əlidir. Bu detal serialın sadəcə məşhur idmançının bioqrafiyasına əsaslanan növbəti ekran işi olmadığını göstərir: yaradıcı heyət onun şəxsi həyatına və ailə yaddaşına da çıxış əldə edib.
"Emmi" televiziyada yayımlanmayacaq — 70 illik ənənə sona çatdı Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 31 Oktyabr 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















