Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

44 gündə xalqımızın bizimlə nəfəs aldığını hiss edirdik Vətən Müharibəsi Qəhrəmanları

44 gündə xalqımızın bizimlə nəfəs aldığını hiss edirdik Vətən Müharibəsi Qəhrəmanları

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

8 noyabr tarixi Zəfər günü kimi xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılıb. Cəmi 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbə Azərbaycan xalqını qalib xalq etdi.
Qarabağ Zəfərində xüsusi payı olan qəhrəman döyüşçülər öz təəssüratlarını Modern.az-la bölüşüblər.
 

Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov bildirib ki, 4 il əvvəli bu gün kimi xatırlayır:
 

"4 il bundən əvvəl başlayan haqq savaşımızı indiki kimi xatırlayıram. 27 sentyabrda başlayan döyüş yolu Cəbrayıldan, Hadrutdan, Fizulidən, Xocavənddən keçərək bizi Şuşaya çatdırdı.
Şuşa döyüşləri bütün hərbi əməliyyatlar dövründə ən spesifik, ən emosional savaş oldu. Çünki bu döyüşlərdə Azərbaycan əsgəri hər metodla qarşıya qoyulmuş hədəfə doğru addımlayırdı. Hətta silahı olmayan süngüsü ilə, süngüsü olmayan isə əlləri ilə düşmənin üzərinə atılırdı. Bu elə döyüş idi ki, orada iştirak edənlər həmin anların emosianal yükünü yəqin ki, ömürlərinin axırlarına qədər özləri ilə daşıyacaqlar. Şuşa döyüşlərində, eləcə də digər döyüşlərdə Azərbaycan Xüsusi Təyinatlılarının sərgilədiyi qəhrəmanlıqlar düşmən üzərində böyük xof yaratmışdı. Bu vəziyyətdən məharətlə istifadə edən dövlətimiz yeni hərbi birləşmələr yaradaraq 2022-ci ilin sentyabrında "Qisas" əməliyyatını və 2023-cü ilin sentyabrında isə antiterror əməliyyatını həyata keçirərək düşməni tam təslim olmağa məcbur etdi. Bunun nəticəsidir ki, artıq ərazi bütövlüyümüz tamamilə bərpa olunub. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsi milli ruhumuzun, eləcə də Şuşa haqqında olan emosiyalarımızın pozitiv istiqamətdə dəyişməsinə səbəb oldu. Qarabağın azad olunması ilə nəticələnən Vətən müharibəsi, başda Şuşa zəfəri olmaqla Azərbaycan Xüsusi Təyinatlılarının və Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq salnaməsidir.
Bu zəfərdə iştirak edən hər bir döyüşçü, öz həyatını Vətən yolunda fəda edən şəhidlərimiz və qəhrəman qazilərimiz tarix yazdılar. Cəbrayıl, Hadrut, Füzuli, Xocavənd və Şuşa döyüşlərində keçdiyimiz yollar bizə dəyərli bir dərs verdi: Vətən sevgisi hər şeydən üstün gələndə heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz. 
Ordumuzun hər bir əsgərinin, hər bir zabitinin qəhrəmanlığı bu zəfərdə xüsusi yer tutur. Şuşanın azad olunmasında ön sıralarda döyüşmək mənim üçün ən böyük qürur hissi idi, bu müqəddəs torpaqlarda dalğalanan bayrağımızı görəndə bir daha anladım ki, bu xalq əyilməzdir, məğlubedilməzdir.
Şuşa bizim mədəniyyətimizdir. Mən çox xoşbəxtəm və böyük qürur hissi keçirirəm ki, bu mədəniyyətin dirçəldilməsində - Şuşanın azad olunmasında əməyim olub.
Burada xüsusi bir qürur, mənlik, mənəviyyat infrastrukturu var. Şuşa Azərbaycan üçün milli qürurdur, mədəniyyətdir, incəsənətdir, tarixdir. Azərbaycan əsgərinin Şuşaya bayraq taxması və bu xəbərin cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsinin sübutu idi.
Şuşanın işğaldan azad edilməsi erməni terrorçularının özünə inamını azaltdı, qarşı cəbhədəki ən optimist düşmən təbliğat maşınları susdu və məğlubiyyətlə barışmağa başladı. Azərbaycan xalqı isə Şuşa qələbəsi ilə öz şanlı tarixinə yenidən qayıtdı və ərazi bötövlüyümüzün bərpa olunması bu qələbənin sayəsində daha da sürətləndi". 
Z.Hüseynov deyib ki, 44 gündə hər zaman xalqın Vətən müharibəsi ilə nəfəs aldığını hiss ediblər:
 

"Bildiyiniz kimi, bu tarixi faktlar bütün aditoriyaya məlumdur, biz bu prosesləri birgə yaşamışıq. Biz cəbhədə döyüş meydanında olsaq da 44 günün hər bir dəqiqəsində Azərbaycan xalqının Vətən Müharibəsi ilə nəfəs aldığını hiss etmişik və qələbəmizin əldə olunmasında bu vacib faktor mühüm rol oynayıb. Biz Azərbaycan xalqı-qalib Azərbaycan Ordusuyuq. Biz 44 günlük Vətən müharibəsində milli iradə ilə, milli ruhla, Vətən sevgisi ilə döyüş meydanında qan tökərək, şəhid verərək, düşməni diz çökməyə məcbur edib qələbə qazandıq. Qarabağın azadlığı Azərbaycan əsgərinin gücünün, xalqımızın birliyinin, cənab Ali Baş Komandanın sərkərdəlik qabiliyyətinin təzahürüdür. 
Bu gün biz təkcə qələbəmizi deyil, həm də şəhidlərimizin əziz xatirəsini yad edirik. Vətənpərvərvərlik sadəcə sevgi deyil, can fəda etməyə hazır olmağın tək simvoludur. 
Şəhidlik isə ana Vətən bildiyimiz torpaqlarımızın azadlığı və suverenliyi uğrunda can fəda edənlərin ən yüksək zirvəyə ucalmasıdır. 
Vətən torpağının hər qarışı, şəhidlərimizin qanı ilə suvarılıb. Şəhidlər xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrini yazanlardır. Onların hər biri bizim üçün əbədiyyətin simvolu, qəhrəmanlıq dastanıdır.
Bizim qəhrəmanlarımız canlarını fəda edərək, gələcək nəsillərə daha parlaq, azad və suveren bir vətən əmanət etdilər. Vətən yolunda döyüşən, qazi olan hər bir kəs bizim üçün fəxarət mənbəyidir, onların fədakarlığı, şəhidlərimizin canı və qanı hesabına bu zəfəri yaşadıq və Azərbaycanın adını tarixə qızıl hərflərlə yazdıq.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, bütün vətəndaşlarımıza can sağlığı diləyirəm.
Bu istiqamətdə xalqımızın 44 günlük vətən müharibəsi zamanı nümayiş etdirdiyi milli birliyə hələ uzun müddət ehtiyacımız olacağını düşünürəm. Əminəm ki, xalqımız bu birliyi daim qoruyacaq, dövlətimizin qarşısına qoyduğu strateji hədəflərə çatmasının əsas stimulu olacaqdır. Bugünkü Azərbaycan güclü, müstəqil və öz haqqını müdafiə etməyi bacaran bir dövlətdir. Prezidentimiz İlham Əliyevin qətiyyəti, xalqımızın ona olan dəstəyi bu zəfəri daha da möhkəmləndirir. Biz bu zəfəri yalnız torpaqlarımızı azad edərək qazanmadıq, həm də Azərbaycanın regionda sülh və sabitlik yaradan bir dövlət olduğunu dünyaya göstərdik. 
Zəfər Günündə hər birinizi birlik və həmrəylik içində bu şanlı günlərimizi gələcək nəsillərə çatdırmağa səsləyirəm. Qoy bu bayraq daim dalğalansın, bu vətən daim yüksəlsin! Azərbaycanın qələbə ruhu heç vaxt sönməsin!
Sözlərimi Ali Baş Komandan cənab İlham Əliyevin ifadələri ilə bitirirəm: Bu torpağın sahibləri qayıdıb, əlində silah, əlində bayraq, ürəyində Vətən sevgisi.
Başda cənab Ali Baş Komandan İlham Əliyev və Mehriban xanım olmaqla bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm!
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı və Ordusu!".
 

Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev deyib ki, 4 il öncə döyüşçülər öz qorxularının üzərinə gedib:


"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 30 ildə ölkəmizə gəlib-gedənlərə müharibə yox, sülh istədiyimizi bildirib. Biz hər zaman öz liderimizin yanında, arxasında dayanmışıq.
Biz istəyirdik ki, I Qarabağ müharibəsi zamanı, Xocalıda törədilən soyqırımlarının qisasını qan tökərək alaq. Vəziyyət elə gətirdik ki, bunu etdik. Müharibədə əli silah tutan hər bir düşmən əsgərini məhv edərkən gözümüzün qabağına qətlə yetirilən dinc soydaşlarımızı, günahsız körpələri, əsir düşən qız-gəlinlərimizi, məcburi köçünlərimizi gətirirdik. Döyüş meydanında, insan həyatının bu qədər ucuz olduğu məkanda həmin  hissləri yaşamaq mənə elə gəlir ki, yalnız Azərbaycan əsgərinə məxsus idi.
Məlum olduğu kimi, qorxu hər bir kəsdə var. O qorxunu idarə etmək, onun üzərinə getmək hər bir insana yox, sadəcə döyüşçülərə xas xüsusiyyətdir. Biz döyüşçülər olaraq qorxumuzun üzərinə getdik. Millət olaraq qorxumuzun üzərinə getdik. Ermənistan Ordusunun "məğlubedilməzlik" mifini 44 gündə darmadağın etdik. 44 gündən sonra Ermənistan kapitulyasiya aktına imza atdı, ancaq öz məğlubiyyətini dərk etsə də, bununla barışmadı. Separatçı qüvvələr Azərbaycan ərazisində hələ də qalırdı. Biz müəyyən çağırılışlar edib onları sülh yolu ilə ərazilərimizdən çıxarmaq istəyirdik. Amma onların özbaşınalığı, məkrli siyasəti özlərinin qənimi oldu. Nəticədə Ali Baş Komandanın göstərişi ilə Azərbyacan Ordusu və xalqı vəhdət halında lokal xarakterli antiterror əməliyyatı keçirdi. Mülki əhalinin yerləşdiyi ərazidə olan separatçıların dəqiqliklə məhv edilməsi bugünkü  hərb tarixinə qızıl hərflərlə yazıldı".
 

Q.Ağayev qeyd edib ki, müharibə meydanında göstərilən şücaət qələbəyə haqq etməyimizin sübutudur:
 

"2003-cü ildən sonra vətənpərvər bir gənclik yetişirdi. O gənclik Azərbaycanın gələcək müqəddaratını həll edəcəkdi. Bu gün də cənab Prezident öz yetişdirdiyi gəncliklə həmişə fəxr edir. Bizim də bu gün fəxrlə duyulası ümid yerimiz var. Əlbəttə, bütün qələbələr müəyyən qurbanlar tələb edir. Amma bu qurbanlar bizim müqəddəs kitabımızda ən uca məqamlarda yer alır. Allah bütün şəhidlərə rəhmət eləsin, yaralı döyüşçülərə şəfa, xidmətdə olan yoldaşlara güc-qüvvət versin.
Bu gün Zəfərin 4-cü ilini qeyd edirik. Biz xalq və Ordu olaraq həm döyüş meydanında, həm siyasi arenada, həm də arxa cəbhədə böyük fədəkarlıq, şücaət göstərdik. Bu şücaəti göstərən millət, ordu, xalq qələbəni ana südü kimi haqq edir. Allah bizim qələbəmizi əbədi, dövlətçiliyimizi var etsin, millətimizi qorusun! 
Müharibə bitdikdən sonra mənim kimi ehtiyata buraxılan bir çox döyüşçü yoldaşlar da bundan sonra bütün fəaliyyətində hansı mövqedə olmasına baxmayaraq, dövlətçilik xətti ilə gələcək nəslin daha vətənpərvər və bizdən daha da üstün məqamlara çatması üçün çalışırıq. I Qarabağ müharibəsi dövrünün şəhid, qazi və veteranları bizim nəsilə bir örnək oldu. Məhz bizdən əvvəlki qəhrəmanlardan nümunə götürərək savaşdıq, Vətən müharibəsində, antiterror tədbirlərində ərazilərimizi azad etdik.
Biz də bundan sonrakı nəsilləri bu yöndə hazırlamalı, onları gələcək böyük Azərbyacanın keşikçiləri etməliyik. Allah dövlətimizi və xalqımızı qorusun! Uğrunda canlar verdiyimiz bayrağımız hər zaman zirvələrdə dalğalanasın!".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri