Icma.az
close
up
RU
44 günlük savaşda qisasımız alındı!

44 günlük savaşda qisasımız alındı!

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xocalı həqiqətlərini dünyaya çatdırmalıyıq...

Ermənilər hər zaman Azərbaycan torpaqlarına yiyələnməyə, tariximizi, mədəniyyətimizi mənimsəməyə cəhd ediblər. Erməni təcavüzü qədim Azərbaycan torpaqlarının, ilk növbədə Qərbi azərbaycanlıların zaman-zaman köçürülməsi, 1918-ci ildə Bakı və ətraf rayonlarda mart qırğınlarının törədilməsi ilə baş verib. Həmin dövrlərdə xalqımıza qarşı min bir vəhşilik törədilib. Bu vəhşiliklər 1988-ci il Birinci Qarabağ ?üharibəsindən sonra daha da qızğın forma alıb. Müharibədə 30 minə qədər hərbçi və mülki vətəndaşımızı itirdik. Xocalı, Meşəli, Ağdaban faciəsi bu gün dünya tarixində ən qara səhifələrdən hesab edilə bilər.

Dünya mətbuatı təsdiqlədi, amma...

Xalqımızın yaddaşında ömürlük həkk olunan Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində ermənilərin insanlıq əleyhinə törətdiyi cinayətləri xatırlayaq - Ermənistan silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə Xankəndidə yerləşdirilmiş, tərkibi əsasən erməni əsgər və zabitlərindən ibarət olan 366-cı alayın yaxından köməyi və iştirakı ilə Xocalıya daxil oldu. Məlumdur ki, beynəlxalq hüquq və qanunlara görə, soyqırımı və genosid etnik, irqi, dini və ya milli qrupun düşünülmüş, sistematik şəkildə tam ya da qismən məhv edilməsi, kütləvi şiddət formasıdır.

Xocalı soyqırımını bütün dünya mətbuatı təsdiqlədi: “Vaşinqton post”, “Tayms”, “İzvestiya”, “L? Mond” və digər mətbu orqanları bu soyqırımı- erməni faşizminin qəddarlığını şahidlərin gözü ilə təsvir etdilər. Amma qatillər cəzalandırılmadılar, əksinə, torpaqlarımızın işğalını daha da genişləndirdilər. Tarixi şərait və erməni təəssübkeşliyi səbəbindən xalqımızın faciələrinə beynəlxalq səviyyədə obyektiv qiymət vermək mümkün olmadı. O cümlədən Xocalı faciəsinə də ikili standartlara və Azərbaycan torpaqlarının işğalına beynəlxalq təşkilatların laqeyd münasibətinə görə, uzun illər siyasi-hüquqi qiymət verilmədi. Buna baxmayaraq, Azərbaycan Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş apardı. Bu məsələdə İlham Əliyevin müəyyən etdiyi diplomatiyanın həyata keçirilməsi tezliklə effektiv nəticələr verdi.

Xatırladaq ki, ölkə başçısı Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə demişdi: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır!”.

“Xocalıya ədalət!”

Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib. 2008-ci ildən bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Hazırda Xocalı soyqırımı bəzi ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib.

Qətlə yetirilən soydaşlarımızın ruhu rahatdır!

Bu gün qanında, canında Vətən sevgisi olan hər bir azərbaycanlının qarşısında duran ən əsas vəzifələrdən biri dövlətimizin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək, Xocalı soyqırımı barədə həqiqətləri təbliğ etməkdir.

33 il müddətində bu soyqırımının yanğısı ilə yaşadıq, intiqam, döyüş, cəsarət, qeyrət bayrağını ucaldıb cavab verəcəyimiz günü gözlədik. O anın yetişəcəyinə inandıq. 44 günlük Vətən savaşındakı zəfər nəticəsində Xocalı soyqırımına məruz qalmış vətəndaşlarımızın ruhları rahatlıq tapdı. Torpaqlarımızın azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsi həm də xalqımızın qisas tarixi oldu. Ermənilərin müxtəlif zamanlarda, o cümlədən 33 il əvvəl Xocalıda qətlə yetirdikləri soydaşlarımızın ruhları indi rahatdır!

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see981

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see447

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see349

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see268

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see256

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see254

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see246

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see235

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see225

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see191

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see180

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri