Icma.az
close
up
RU
46 cı Beynəlxalq Qahirə Film Festivalı keçiriləcək

46 cı Beynəlxalq Qahirə Film Festivalı keçiriləcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qahirə, 16 oktyabr, AZƏRTAC

Noyabrın 12-də 46-cı Beynəlxalq Qahirə Film Festivalının açılışı olacaq.

AZƏRTAC xəbər verir ki, Yaxın Şərq və Afrikada ən populyar olan festivala 50 dövlətdən 130 film təqdim olunub.

Festival çərçivəsində keçiriləcək beynəlxalq müsabiqədə 12 film iştirak edəcək. Müsabiqədənkənar rəsmi bölmədə isə müxtəlif kino məktəblərinə aid 11 filmin nümayişi baş tutacaq.Bundan başqa, beynəlxalq kino tədbiri çərçivəsində “Ərəb kinosunun üfüqləri” bölməsində 9 film nümayiş olunur. Eyni zamanda, bu kontekstdə 13 seçilmiş film təqdim ediləcək.

Beynəlxalq Kino Tənqidçiləri Həftəsi müsabiqəsində 8 film iştirak edəcək. Qısa filmlər müsabiqəsində isə 19 film yarışacaq.

Festival çərçivəsində, həmçinin “Qahirə klassikləri” proqramında 5 film, eləcə də “Bərpa olunmuş Misir klassikləri” proqramında 24 film təqdim ediləcək.

Festivalın budəfəki buraxılışı çərçivəsində 10-cu "Qahirə film forumu" keçiriləcək. Forumda film istehsalı, maliyyələşmə və yayım sahələrində tanınmış beynəlxalq simalar iştirak edəcək.

Noyabrın 21-də başa çatacaq festivalda Avropa və Yaxın Şərq ölkələri kinematoqrafçılarının 2024-cü ildə lentə aldıqları tammetrajlı və qısametrajlı filmlər nümayiş etdiriləcək. Jüri ən yaxşı film, rejissor, aktyor və aktrisa nominasiyaları üzrə qalibləri müəyyən edəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri