III CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu il 3-cü CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək. Artıq qəbulu başa çatıb və Münsiflər Heyəti filmlərin qiymətləndirilməsinə başlayıb.
Bu barədə Festivalının təsiçisi və direktoru Ruslan Sabirli bu barədə məlumat verib: "Filmlərin qəbulu başa çatdıqdan sonra Təşkilat Komitəsi tərəfindən CINEMO-ya təqdim olunan filmlərə baxış keçirilmiş, festivalın tələb və şərtlərinə uyğunluğu yoxlanılmışdır. Nəticəyə uyğun olaraq qısa siyahı (short-list) hazırlanmış və filmlər Münsiflər Heyətinə təqdim edilib. Hər bir iştirakçıya uğurlar arzulayıram!"
Xatırladaq ki, festivalda beynəlxalq və yerli nominasiyalar mövcuddur:
• Beynəlxalq: Ən yaxşı tammetrajlı film, Ən yaxşı qısametrajlı film, Ən yaxşı sənədli film, Ən yaxşı musiqili çarx, Ən yaxşı sosial media vloqu.
• Yerli (yalnız Azərbaycan): Ən yaxşı qısametrajlı film, Ən yaxşı sənədli film, Ən yaxşı sosial çarx, Ən yaxşı foto.
SBRLY tərəfindən keçirilən "Fikir çəkmə, telefona çək" sloqanlı CINEMO Beynəlxalq Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir.
Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.cinemoff.com
Yaranmış bütün suallarla bağlı festivalın email ünvanına və sosial şəbəkə hesabları üzərindən müraciət etmək mümkündür:
Email: [email protected]
Facebook: https://www.facebook.com/cinemoff
Instagram: https://www.instagram.com/cinemoff/
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 22 Oktyabr 2025 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















