Icma.az
close
up
RU
46 il sonra...

46 il sonra...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Karterin sərəncamı qüvvədən düşəcəkmi?

Atlantik ilə Sakit okeanı birləşdirən Panama kanalı beynəlxalq gündəmin önəmli mövzularından birinə çevrilib. Qlobal dünyada baş verən son proseslər fonunda ticarət marşrutlarından biri olan bu kanal üzərində beynəlxalq güc mərkəzləri arasında geosiyasi rəqabətin şiddətlənməsi istisna olunmur. Trampın Ağ Evə qayıtdıqdan sonra Qrenlandiya və Panama kanalı ilə bağlı bəyanatları Avropa və Orta Amerika regionunda ciddi narahatlıq yaradıb. Trampın martın 4-də Konqresdə son çıxışı isə Panama dövlətinin ciddi reaksiyasına səbəb olub. Belə ki, Panama Prezidenti Xose Raul Mulino Trampın Panama kanalı ətrafındakı vəziyyətlə bağlı fikirlərini təkzib edib. Dövlət başçısı öz sosial şəbəkə hesabında vurğulayıb ki,  ABŞ ilə Panama arasında bu məsələ barədə müzakirə aparılmayıb. “Prezident Tramp yenə yalan danışır. Panama kanalına nəzarəti bərpa etməkdən söhbət getmir və bu, ABŞ Dövlət katibi Marko Rubio və ya bir başqası ilə hansısa danışıqlarda müzakirə olunmayıb”, - deyə o, bildirib. Mulino, kanalın ABŞ-a verilməyəcəyini bəyan edib: “İki ölkə arasında əməkdaşlıq qarşılıqlı maraq doğuran məsələlər üzrə razılaşmalar əsasında inkişaf edir və bunun nə kanalın ABŞ-a qaytarılması, nə də Panamanın milli suverenliyinə zərbə vurmaqla heç bir əlaqəsi yoxdur. Kanal Panamaya məxsusdur və Panamanın bir hissəsi olaraq qalacaq”.

Kanalın əhəmiyyəti

Süveyş kanalı, Cəbəllüttariq, Babül-Məndəb və Hörmüz boğazları kimi Panama kanalı da geostrateji, geosiyasi və geoiqtisadi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. 1914-ci ildə ABŞ-ın maliyyə dəstəyi ilə əsası qoyulan, hazırki dövrdə qlobal daşınmaların 6 faizini təşkil edən Panama kanalı son yüz ildən çoxdur ki, iki okean arasında yeganə beynəlxalq ticarət marşrutudur - ABŞ ticarət gəmiləri məhz bu kanal vasitəsilə Asiya-Sakit okean ölkələrinə mal və məhsul daşıyırlar. “Sobel” analitik mərkəzinin məlumatına görə, 2021-ci ildə kanaldan tranzit kimi istifadə edən gəmilərin 73 faizdən çoxu ABŞ-a məxsusdur. Analitik mərkəz Panama kanalının digər beynəlxalq güc mərkəzləri, xüsusilə Çin üçün də önəm daşıdığını qeyd edib - mərkəzin məlumatında bildirilir ki, 2017-ci ildə Panama ilə Pekin arasında diplomatik-siyasi münasibətlərdə yeni mərhələ başladıqdan sonra Çinin bir çox logistik şirkətləri kanalın iri və kiçik limanlarında öz filiallarını açıb və limanların müasir infrastruktur ilə təmin olunmasına milyardlarla dollar dəyərində investisiya yatırıb. BBC-nin son araşdırmalarına görə, 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabrına qədər Panama kanalından keçən yüklərin 21,4 faizi Çinin payına düşüb, yəni  Çin ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb. Eyni zamanda, Çin Karib və Qərbi Afrika ölkələrinə, o cümlədən Kolumbiya və Braziliyaya logistik daşınmaları məhz bu kanal üzərindən həyata keçirir.

Hər il kanal vasitəsilə həm ABŞ, həm Çin, həm digər ölkələr tərəfindən həyata keçirilən daşınmalar Panamanın özünə də mənfəət qazandırır. Latın Amerikası üzrə İDB İnvestisiya Fondunun 2024-cü il üzrə araşdırmalarında qeyd olunur ki, Panama illik gəlirinin 23,6 faizi kanalda həyata keçirilən logistik daşınmalardan əldə edir. Xatırladaq ki, 1979-cu ildə ABŞ Prezidenti Cimmi Karterin sərəncamı ilə Panama kanalı birbaşa Panama hökumətinin nəzarətinə verilib.

Trampın narahatlığı nədəndir?

Bir çox ekspertlər  hesab edirlər ki, Trampın narahatlığının başlıca səbəbi Çinin və bəzi güc mərkəzlərinin Panama kanalından öz maraqları üçün sui-istifadə etməsi, bu kanal üzərindən Orta və Cənubi Amerikada, habelə Karib regionunda geosiyasi və geoiqtisadi təsir imkanlarını artırması ilə bağlıdır. Onların fikrincə, Tramp bunun qarşısını almaqdan ötrü bu istiqamətdə daha ciddi və sərt addımlar atmaq niyyətindədir - o, düşünür ki, ABŞ-a yaxın olan regionlarda yalnız Vaşinqton güc mərkəzi olmalıdır. Tramp administrasiyasının Panama hökumətinə təzyiqlərinin məhz bundan irəli gəldiyini deyən ekspertlər vurğulayırlar ki, Ağ Evin rəhbəri Panamaya mesajını respublikaçı senatorlar və dövlət katibi Marko Rubionun dili ilə çatdırıb. Bu il yanvarın sonunda Konqresdə aparılan müzakirələr zamanı respublikaçı senator Ted Kruz Panamanın ABŞ-a münasibətinin ədalətli olmadığını bəyan edib: “Panama kanalını ABŞ maliyyələşdirib və inşa edib. ABŞ-ın ticarət gəmiləri kanalın istifadəsinə görə yüksək gömrük haqları ödəməməlidir. Bu ABŞ-a qarşı ədalətsizlikdir”. Respublikaçı senatorlar öz çıxışlarında Panama kanalının ABŞ üçün yalnız iqtisadi baxımdan deyil, həmçinin milli təhlükəsizlik baxımından da əhəmiyyət daşıdığını bildiriblər.

Rubio  da kanalın ABŞ üçün prioritet olduğunu bəyan edib: “Birləşmiş Ştatlar Panama kanalına hücum ediləcəyi təqdirdə onu müdafiə etmək üçün müqaviləyə əsasən öhdəlikləri var. Bu müqaviləni ABŞ ordusu, xüsusən də Hərbi Dəniz Qüvvələri həyata keçirir. Münaqişə zamanı müdafiə etməyə borclu olduğumuz ərazidən keçmək üçün pul ödəməli olmağımızı absurd hesab edirəm”.

Panama güzəştə gedəcək? 

Dövlət Departamentinin məlumatına görə, fevralın 2-də Rubio Panamaya səfər zamanı Prezident Raul Mulinonun diqqətinə çatdırıb ki, Tramp Çinin regionda artan təsirindən narahatdır və Panama kanalı ilə bağlı status-kvonu saxlamaq istəmir və əgər dəyişikliklər baş verməyəcəyi təqdirdə ABŞ öz hüquqlarını qorumaq üçün tədbirlər görməyə məcbur qalacaq. Rubio-Mulino görüşünün detalları barədə məlumat verən Qərb KİV-ləri qeyd edirlər ki, bu görüşdən sonra Panama Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə yönələn, Pekin ilə imzaladığı anlaşma memorandumunun vaxtını uzatmamaq, bununla yanaşı, Pekinin bir neçə layihəsinə xitam vermək qərarına gəlib.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Mart 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri