Avro bahalaşıb 2 manatı ötdü 46 ay sonra
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
2025-ci ilin 1 iyul tarixinə avro bahalaşaraq 2,0035 manat təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə valyuta məzənnələrinə dair Azərbaycan Mərkəzi Bankının bu gün açıqladığı məlumatda qeyd olunub.
Bildirilir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Həmçinin Rusiyanın 100 rublu 2,1707 manatadək, Türkiyə lirəsi isə 0,0427 manatadək bahalaşıb.
Qeyd edək ki, avronun məzənnəsi sonuncu dəfə 2021-ci il sentyabrın 17-də, yəni 46 ay bundan əvvəl 2 manatı keçib.
Həmin tarixdə avronun məzənnəsi 2,0014 manat müəyyən olunub.
Baxış sayı:123
Bu xəbər 01 İyul 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















