Icma.az
close
up
RU
Pezeşkian Bakıya görə vuruldu : Xamenei 46 il sonra onu hərəkətə keçirir

Pezeşkian Bakıya görə vuruldu : Xamenei 46 il sonra onu hərəkətə keçirir

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın ali rəhbəri Seyid Əli Ayətullah Xameneiyə bağlı radikal mövqeli “Keyhan” qəzeti hökumətin Azərbaycanla münasibətlərini tənqid edən yazı yayımlayıb. Qəzet Azərbaycanın son illərdə İranın maraqlarına zidd addımlar atdığını, sərhəd gərginliyi yaratdığını və İsraillə əməkdaşlığı genişləndirdiyini yazıb. “Keyhan” bu fonda Tehranın Bakıya münasibətinin daha sərt, hesablanmış və açıq mesajlar üzərində qurulmalı olduğunu vurğulayıb.

Məqalədə həmçinin İran Prezidenti Məsud Pezeşkianın mövqeyi də tənqid olunub. Qəzetin iddiasına əsasən, Pezeşkian Tehran-Bakı münasibətlərinin zəifliyinə görə məsuliyyəti İslam Respublikasının üzərinə qoyur və bu sahədə əvvəlki dövrlərdə hərəkətsizlik olduğunu bildirir.

Beləliklə, İran prezidentinin Azərbaycanla münasibətləri normallaşdırmaq və praqmatik müstəviyə keçirmək cəhdləri İranın molla rejimi tərəfindən təhlükə kimi qəbul edilir? İranın dini elitası Bakı–Tehran münasibətlərinin istiləşməsindən niyə narahatdır?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, İranda Azərbaycana qarşı təbliğat heç vaxt dayanmayıb, həmişə davam edib:

“Sadəcə olaraq bu təbliğatı Tehran hakimiyyətinin ayrı-ayrı rəsmiləri bəzən ört-basdır etməyə, yaxud yola verməyə çalışıblar. Son günlər İranın xarici işlər naziri Abbas Araqçinin Bakıya səfərindən qayıtdıqdan sonra Azərbaycanla münasibətlərlə bağlı yazdığı xoşməramlı fikirlər onu göstərir ki, hakimiyyət daxilində qonşulara qarşı fərqli mövqelər var. Adətən bu mövqeyi SEPAH-ın təmsilçiləri tutur. Çünki SEPAH bütün müsəlman ölkələrində Xomeyni inqilabının tərəfdarıdır. Hətta onların xaricdə fəaliyyət göstərən “Qüds” adlı qoşunu da var.

Qüds Komandanlığı müxtəlif müsəlman ölkələrində qüvvələr hazırlayır. Onlar həmçinin Azərbaycanda belə SEPAH-ın İslam inqilabı edəcəyi qüvvələr hazırlayır, həmin şəxsləri İranın nəzarət edəcəyi ərazilərdə təlimatlandırırlar. Yəni ölkəmizə qarşı çıxışlar da onların nəzarəti altında olur. Bunlardan biri də “Keyhan” qəzetidir. “Keyhan” qəzetinin baş redaktoru, yəni sahibi Hüseyn Şəriətmədaridir. Bu şəxs 1979-cu il inqilabçılarındandır. O, daim radikal mühafizəkar mövqe tutub. Özünü Xomeyninin tərəfdarlarından sayırdı. Şəriətmədari müxtəlif çıxışlarında hətta Məsud Pezeşkiana qarşı da tənqidi yazıları ilə seçilir. O, həm də panfarsçı ideoloji düşüncə sisteminin aparıcı simalarındandır. Nəticə olaraq qəzetində Azərbaycan və Türkiyəyə qarşı qərəzli çıxışlar yer alır. Bu, təbii ki, İranda hakimiyyət daxilində ikili siyasətin, qonşulara qarşı ikili yanaşmanın və ziddiyyətlərin nəticəsidir.


Sədrəddin Soltan

İranda Qərblə danışıqlara, hətta atom-nüvə proqramına belə birmənalı yanaşma ortaya qoyulmur. Ona görə də Azərbaycana qarşı aparılan təbliğatın dinə heç bir aidiyyəti yoxdur. Bu, İslam dini və ya hər hansı təriqətlə bağlı deyil. Əsasında İran mərkəzli panfarsçı düşüncə dayanır. Sözügedən düşüncə tərzi türk millətini, eləcə də ərəbləri və digər müsəlman xalqları özünə düşmən bilir, özünü onlardan üstün tutur. Bu ideologiyanın əsasında arilik, guya yüksək irqə və mədəniyyətə sahib olmaq kimi faşist düşüncə dayanır”.

Ekspert deyib ki, panfarsçı düşüncənin ermənilərin ermənilik milli ideologiyası ilə oxşarlığı var:

“Ermənilər də türkləri özlərinə düşmən bilərək xülya içində yaşayıblar. Panfarsçılar isə İrandan başqa Yaxın Şərqi, Türkiyəni, Hindistanı, Cənubi Qafqazı və s. öz ərazisi hesab edir. Hətta bu gün də İranla BƏƏ arasında Böyük Tom, Kiçik Tom və Əbu Musa adaları uğrunda mübahisə davam edir.

Məsud Pezeşkianın apardığı siyasət isə mərhum prezident İbrahim Rəisi dövründə İranın müsəlman və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması siyasətinin davamıdır. İran sanksiyalara məruz qaldığı üçün qonşularla əməkdaşlıq edib maliyyə vəziyyətini düzəltməyə çalışır. Pezeşkian da bu siyasəti davam etdirir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri