Icma.az
close
up
RU
48 dəst medal üzrə qaliblər bəlli olub FOTO İdman və Biz

48 dəst medal üzrə qaliblər bəlli olub FOTO İdman və Biz

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışda 35-dən çox klub və nümayəndəliklərdən 300 yaxın karateçi 48 dəst medal uğrunda öz qüvvəsini sınayıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən AKF-in ənənəvi karate üslubu üzrə rəhbəri, professor Əhməd Əfəndi ölkəmizdə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan qurum rəsmisi Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.

AKF-nin vitse-prezidenti Rəhman Hətəmov da öz növbəsində keçirilən yarışların gənc nəslin təlim-tərbiyəsində vacib rolunun olduğunu qeyd edib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karatenin ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı qazanılan uğurların təməlidir.

Yarışın açılış mərasimində bir sıra dövlət xadimləri, idman ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri iştirak etmişdir.

Qaliblər AKF və Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar. Mükafatları idmançılara AKF-in vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov, Allahverdi Rüstəmov, federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov və ənənəvi karate üslubunun rəhbəri Əhməd Əfəndi təqdim ediblər.

İlk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunacaq. Onlar 2025-ci ildə keçirləcək dünya və Avropa çempionatlarında ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, komanda hesabında medalların sayına görə, Fudokan 1-ci yerə, Qarabağ Karate Klubu 2-ci yerə, FHN - İdman sağlamlıq Mərkəzinin karateçiləri 3-cü yeri qazanıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Dekabr 2024 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri