48 günə özünü bitirən icra başçısı Elxan İbrahimovla bağlı yeni məqamlar
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünən vəzifəsindən azad edilən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovla bağlı ilginc faktlar üzə çıxıb.
Bakupost.az xəbər verir ki, Elxan İbrahimov vəzifəyə başladıqdan dərhal sonra rayonda aparılan tikinti işlərinə yanaşma kəskin dəyişib. Qeyri-rəsmi ödənişlər artırılıb, o başçı təyin olunana qədər razılaşma əldə olunan obyektlərdə tikinti dayandırılıb, əlavə “haqq” tələb edilib.
Bu prosesdə onunla tikinti-quruculuq məsələlərinə nəzarət edən icra başçısının müavini Ramiz Quliyevlə fikir ayrılığı yaranıb. Buna səbəb Ramiz Quliyevin fantastik tələblərin icrasının mümkün olmadığını açıq şəkildə bildirməsi olub.
Bu cavab icra başçısının xoşuna gəlməyib. Cəmi bir neçə gün sonra onun yanına çağırıb və “məsləhət belədir ki, sən ərizəni yazasan” deyib. Ramiz Quliyev işdən çıxarıldıqdan sonra tikinti işlərinə nəzarəti öz köməkçisinə tapşırıb.
Amma sahibkarların reaksiyası heç də gözlənilən kimi olmayıb. Tələblərin məbləğı o qədər fantastik olub ki, tikinti şirkətləri və sahibkarlar aidiyyəti qurumlara şikayətlər etməyə məcbur olublar. Məsələ ilə bağlı araşdırmaların başlanması isə prosesi geri dönməz mərhələyə çıxarıb.
Köməkçi “günah keçisi” kimi qurban verildi
Konkret bir rüşfət faktıyla başlanan araşdırmada məsuliyyəti yayınmağa çalışıb: qısa müddət əvvəl özünə köməkçi təyin etmiş Ceyhun İsmayılovu işdən azad edib. Mənbələrin bildirdiyinə görə, məqsəd tikinti sahəsində baş verənləri köməkçinin “özbaşına fəaliyyəti” kimi göstərmək idi. Başqa sözlə, “günah keçisi” tapılmalı idi.
Lakin bu manevr işləməyib.
48 günün sonunda Prezident Elxan İbrahimova olan etimadını sıfırlayıb.
Bundan sonra onun taleyi ilə bağlı hansı qərarın veriləcəyi hələ bəlli deyil.
Azər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















