Bir sıra məhsul və xidmətlər üzrə güzəştlər tətbiq olundu: Qiymətlər...
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.
Qarabağ və Şərqi Zəngəzurda paylayıcı şəbəkədə görülən yenidənqurma işlərinin böyük hissəsi dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. Bu istiqamətdə dövlət dəstəyinin davamı olaraq, "Azərişıq" ASC-nin təklifləri əsasında Tarif (qiymət) Şurasının iclasında işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.
Məişət abonentlərinin, həmçinin istehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə 1 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.
İstehlak gücü 20 kVt-dan çox olan məişət abonentlərinin və istehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4 kV-luq elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulmasına 65% güzəşt tətbiq ediləcək.
Həmçinin, istehlak gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarına aid tikinti obyektlərinin aşağı və orta gərginlikli elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.
Bu sahədə tətbiq olunan güzəşt və azadolmalar abonentlər üçün elektrik şəbəkəsinə qoşulma prosesini daha əlçatan və sərfəli edəcək. Bu isə işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşmasını dəstəkləməklə yanaşı, sahibkarlıq subyektlərinə əlavə stimul verəcək.
Enerji şəbəkəsinə qoşulma xərclərinin azalması sahibkarlar üçün layihələrin maliyyə səmərəliliyini artırır, yeni iş yerlərinin yaradılmasını dəstəkləyir.
"Dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi" üzrə təbii qaz tarifi müəyyənləşdirilib.
Ölkənin təbii resurslarından səmərəli istifadə, qara metallurgiyanın emal mərhələlərini əhatə edən istehsal müəssisələrinin qurulması istiqamətində işlər aparılır.
Bununla əlaqədar, dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi üzrə təbii qaz tarifi azaldılaraq, 1000 kub metr üçün ƏDV ilə birlikdə 200,6 manat səviyyəsində təsdiq edilmişdir. Qeyd edək ki, hazırda sənaye sektoru üzrə təbii qaz tarifi 1000 kub metr üçün ƏDV ilə birlikdə 240 manatdır. Bu qərar dəmir filizi istehsalı üzrə iri emal müəssisələrinin inkişafını, bu sahə üzrə dəyər zəncirinin formalaşmasını stimullaşdıracaq.
Bu sahədə Daşkəsən dəmir filizi yatağının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Daşkəsən dəmir filizi layihəsi çərçivəsində dəyər zənciri üzrə filizin hasilatından başlayaraq dəmir filizi konsentratının istehsalı, şlam boru kəməri ilə nəql və son mərhələdə pellet istehsalı nəzərdə tutulur. Bu layihə idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət etməklə qeyri-neft-qaz sektorunun inkişafına töhfə verəcək.
Elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib.
"Elektroenergetika haqqında" və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni "Qaz təchizatı haqqında" qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilmişdir. Qeyd edək ki, elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazın miqdarından asılı olmayaraq, infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir.
Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilmişdir.
Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilmişdir.
Bir qrup dərmanın qiyməti tənzimlənib.
Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 237 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 5 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 53 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Aİ-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib.
Son illərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olmuşdur.
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə 2025-ci ilin sentyabr ayında müvafiq Fərmanla "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb.
Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi, avtomobil benzininin, dizelin və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi müəyyən edilib.
Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib.
Bununla bağlı, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib.
Yanacaq tariflərinin müəyyən hissəsi "İctimai nəqliyyat" Məqsədli Büdcə Fonduna yönəldilməklə, əhaliyə daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması məqsədləri üçün istifadə olunacaqdır.
Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.
Qərarlar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.
Cədvəl. İşğaldan azad edilmiş ərazilərdə elektrik şəbəkəsinə qoşulma xidmətinə görə yeni müəyyənləşdirilmiş qiymətlərin indiyədək tətbiq olunan qiymətlərlə müqayisəsi
№
Xidmətin adı
Ölçü vahidi
Ödəniş məbləği
(manat, ƏDV ilə)
1 yanvar 2026-cı il tarixindən sonra
1 yanvar 2026-cı il tarixinədək
1.
Məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt daxil olmaqla) olan tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması (təchizat sxemi üzrə)
1.1.
1-fazlı (10 kVt-a qədər, 10 kVt daxil olmaqla)1 kVt güc üçün
0
40
1.2.
1-fazlı (10,1 kVt-dan 20 kVt-a qədər, 20 kVt daxil olmaqla)1 kVt güc üçün
0
60
1.3.
3-fazlı1 kVt güc üçün
102.55
293
2.
Tələb olunan gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan tikinti obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması (3-fazlı təchizat sxemi üzrə)
2.1.
Aşağı gərginlikli şəbəkədən1 kVt güc üçün
0
293
2.2.
Orta gərginlikli şəbəkədən1 kVt güc üçün
0
170
Qeyd: Azərbaycan Respublikası Prezidentinin 26.12.2005-ci il tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.
Tarix
2025.12.30 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər
Milli Məclis Prezident və xanımını təbrik etdi
Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN
Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı
Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi
Ceyhun Bayramov özbək həmkarı ilə danışdı
Prezidentin işdən çıxartdığı başçıdan açıqlama
KULT
650 illik xəritə: Aserbejan və Baku dənizi
Həkimlər meyxana deməməyi tapşırdı... - Vüqar Qobulu
Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi
İtaliyada mədəni irs necə qorunur?
Erməni dramı: Sözün və pulun əsl sahibi kimdir?
Polad Bülbüloğlu mənə dedi ki, Moskvada qalsan...
Erməni qaraçıların Qafqaza gəlişi - Tarixi mənbələr
Xalq artistinin sahildəki 4,2 min kv-lıq mülkü əlindən alınır
Leyla Əliyeva bu uşaqları sevindirdi
Nəriman Həsənzadənin son vəziyyəti açıqlandı
Mənə 7 min verincə, kəndin yolunu çəkdirərdiniz... - Xanəndə
Təbrizdə Azərbaycan Opera Gecəsi konserti keçiriləcək
Herisçidən cavab: Saymana dedim, ağlını başına yığ! - Video
Leyla Əliyeva pianoda ifa etdi, o da şeir dedi... - Video
Bakıda bu unikal tarixi irs məhv edilir - Qurumlar susur
İran “Sarı gəlin”i erməni mahnısı kimi təqdim etdi - Video
Rusiyanın məşhur aktrisası öldü
Mir Şahinə biskvit satırdım - Röya
Səməd Vurğunun 1938-ci ildə dillə bağlı heyrətamiz çıxışı
Eks-nazirin "Xoxan"ı və qızının “Məhsəti” ilə üzə çıxan rəngi
Ermənistana gedib, "Tikim sizin ağzınızı" oxuyacağam
Ankarada bu küçəyə Üzeyir Hacıbəylinin adı verildi
Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?
Mədəni irsin qorunması ilə bağlı yanlışlar
Röya Şəbnəm Tovuzlunu səhnədən qovdu - Video
Azadlığa çıxanlar arasında tanınmış müğənni də var
Ağ rəngin poeziyada harmoniyası
Prezidentin köməkçisi xalq rəssamını ziyarət etdi
>
Xəbər xətti
Azərbaycanda daha 237 dərmanın qiymətləri tənzimləndi
14:36
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyən edildi
14:35
Benzin və dizel bahalaşdı - Təcili
14:33
Bir sıra məhsul və xidmətlər üzrə güzəştlər tətbiq olundu: Qiymətlər...
14:31
Rusiyadan “Tramp yolu” ilə bağlı “ehtiyatlı” etiraz
14:30
Rus ordusu Lukyanovskoyeni işğal etdi
14:23
Bakıda qumbara və partladıcılar aşkarlandı - Video
14:16
Rusiya “Oreşnik”i ilk dəfə təqdim etdi – Video
14:10
Bu ölkədə hərbi xidmət məcburi oldu
14:03
Azərbaycan və Türkiyə tankerləri toqquşdu - Video
13:58
Azərbaycan vətəndaşı Bosniyada saxlanıldı
13:56
Gələn aydan bu şəxslərin pensiyası 46 manat artacaq
13:50
Ərəbistan Yəmənə zərbə endirdi - Fövqəladə vəziyyət
13:45
Putinin iqamətgahına hücum... - Şərif
13:38
“AzerGold” Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib
13:32
İlin son günü hava necə olacaq?
13:22
Dövlət qurumunun həyətində ölüm hadisəsi...
13:17
Tehranda tətil elan edildi
13:12
Şara döyüşə “Rolex”, Çarukyan isə mənzil qoydu
13:05
Milli Məclisdə ilin sonuncu iclası başa çatdı
12:57
Milli Məclis Prezident və xanımını təbrik etdi
12:54
Bakının mərkəzi hissəsində hərəkət məhdudlaşdırılır
12:53
Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
12:47
Azərbaycanda bu cərimələr 10 dəfəyə qədər artırılır
12:40
Tehran etirazlarla silkələnir - Pezeşkian göstəriş verdi
12:34
Krasnodar hava limanı bağlandı
12:28
İlk dəfədir ki, Rusiya ordusu... - Zelenski
12:23
Türkiyəyə F-35 satmaqla bağlı ciddi düşünürük… - Tramp
12:16
FHN hava ilə əlaqədar əhaliyə müraciət etdi
12:09
Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN
12:05
Ermənistanla sülh sazişinin bu il imzalanacağına inanırsınız?
1. Bəli
2. Xeyr
3. Bilmirəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 30 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















