49 yaşlı Tyeri Anri əzələləri ilə diqqət çəkdi VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Fransa futbolunun əfsanəvi simalarından olan Tyeri Anri 48 yaşında olmasına baxmayaraq ideal fiziki forması ilə yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, aktiv futbol karyerasını illər əvvəl başa vuran keçmiş hücumçunun sosial mediada yayılan son görüntüləri böyük maraq doğurub. Kadrlarda Anrinin ideal qarın əzələlərinə və atletik bədən quruluşuna sahib olduğu diqqət çəkib.
Məlumata görə, futbol əfsanəsi hazırda da intensiv məşqlərini davam etdirir. Xüsusilə bütün bədən əzələlərini işlədən "börpi" (burpee) hərəkətinə üstünlük verdiyi bildirilib. Məşq zamanı nümayiş etdirdiyi performans izləyicilər tərəfindən heyranlıqla qarşılanıb.
Sosial şəbəkə istifadəçiləri Anrinin 48 yaşında olmasına baxmayaraq, bir çox gəncdən daha formada olduğunu qeyd ediblər. Onun fit qalmasının sirrinin isə nizam-intizamlı həyat tərzi, davamlı idman və düzgün qidalanma olduğu vurğulanıb.
Paylaşılan görüntülər qısa zamanda minlərlə baxış toplayaraq futbolsevərlər arasında geniş müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 May 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















