Icma.az
close
up
RU
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir

5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Badamdar – “20-ci Sahə” yolunun aylardır bağlı qalması artıq ciddi nəqliyyat probleminə çevrilib. 

Bu ilin martında Badamdar yamacında sürüşmə riskinin yarandığı əsas gətirilərək yol beton maneələrlə bağlanıb və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Lakin aylar keçməsinə baxmayaraq, yol hələ də bağlıdır və problem olduğu kimi qalır. 

Məsələ ilə bağlı bir neçə ay əvvəl ərazidə vəziyyətin qiymətləndirilməsi məqsədilə Səbail Rayon İcra Hakimiyyətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilib. 

Baxış zamanı Badamdar yamacında sürüşmə riskinin artdığı, bunun isə yol hərəkəti üçün təhlükə yaratdığı bildirilib. Bu səbəbdən nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasının zəruri olduğu qeyd edilib. 

Təhlükəsizlik baxımından atılan bu addım başadüşülən olsa da, aradan aylar keçməsinə baxmayaraq yolun hələ də istifadəyə verilməməsi ciddi narazılıq doğurur. Yolun beton maneələrlə bağlanması yalnız hərəkəti dayandırır, problemin özünü isə həll etmir. 

Əgər təhlükə aradan qaldırılmırsa, məhdudiyyətin müddətinin uzadılması da vəziyyəti dəyişmir. Qeyd edək ki, yolun aylarla bağlı qalması sürücülərin gündəlik hərəkətinə ciddi çətinlik yaradır. 

İnsanlar əlavə məsafə qət edir, vaxt itirir, alternativ yollara yönəlirlər. Üstəlik, bu istiqamətdə hərəkətin məhdudlaşdırılması digər yollara da əlavə yük gətirir. 

Ən narahatedici məqam isə problemin nə vaxt həll olunacağının bəlli olmamasıdır. Yol bağlanıb və yolun nə vaxt açılacağı barədə konkret tarix yoxdur. Həmçinin, görülən işlər barədə ictimaiyyətə mütəmadi şəkildə məlumat verilmir. Problemin həlli  qeyri-müəyyən olaraq qalır. 

Problemin aktuallığını artıran digər məqam isə yeni tədris ilinin başlamasına sayılı günlər qalmasıdır. Sentyabrda məktəb və universitetlərin fəaliyyətə başlaması ilə paytaxt yollarında nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Badamdar–“20-ci Sahə” yolunun bağlı saxlanılması onsuz da yüklü olan alternativ istiqamətlərdə sıxlığı daha da artıra bilər.
Badamdar–“20-ci Sahə” yolu nə vaxta qədər bağlı qalacaq?

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən "Cebheinfo.az" –a bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb: 

“Araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri həyata keçirilir. Bu çərçivədə, hazırda Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və Yaponiyanın "Shinyei Kaisha" şirkətinin mütəxəssisləri tərəfindən ərazidə geoloji tədqiqat işləri aparılır. 

İşlər yekunlaşdıqdan sonra ərazidə müvafiq tədbirlərin görülməsinə başlanılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. Müvafiq qurumun təqdim etdiyi bu cavab isə problemin həllinin hələ çox uzaqda olduğunu göstərir... 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: Badamdar – “20-ci Sahə” Fövqəladə Hallar Nazirliyi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Avqust 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri