Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
“Əliyevin sülhü” deyirlər (müxalifəti nəzərdə tutur - red.). Gəlin sülhün necə qurulduğuna nəzər salaq. Sülh müqaviləsi imzalanmalıdır, onu kim imzalayacaq? İndi böyük bir sürpriz, milli rüsvayçılıq, sui-qəsd ifşası edəcəyəm - sülhə imza atan Əliyev olacaq, dostlar.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə müxalifətin suallarını cavablandırarkən deyib.
“Başqa sözlə, mən və Əliyev imzaladığımız zaman həmin sülh 50% Paşinyanın, 50% isə Əliyevindir.
Mən Braziliyanın çox hörmətli Prezidenti cənab Lula da Silvadan gedib həmin sənədi imzalamasını xahiş edə bilərəm: bir tərəfdə mənim, digər tərəfdə onun imzası olacaq. Amma bu, (Azərbaycanla - red.) sülh olmayacaq. Başa düşmürəm, bu maniyadan nə vaxt çıxacağıq? 1870-ci illərdən başlayaraq bizi idarə etmək istəyən qüvvələr şüurumuzun qaralmasını istəyəndə deyirdilər: Türk, türk, türk və budur, bütün şüurlu sistem qarışıb.
Başqa sözlə, siz indi parlament çoxluğu olaraq mənə gedib Əliyevlə sülh müqaviləsini imzalamağa icazə vermirsiniz. Əgər icazə verməsəniz, sülhün bərqərar olmasının başqa yolunu bilmirəm. Mən Əliyevlə bir sənəd imzalamalıyam, mən artıq birini imzalamışam, buna görə də sülh var. Mən Əliyevlə Vaşinqton Bəyannaməsini imzaladım, sülhün dönməz olması üçün daha birini imzalamalıyam”, - deyə Paşinyan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 18 Noyabr 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















