Icma.az
close
up
RU
“5 aydır maaş gözləyirik” Laçında otel tikən işçilərdən şok iddialar

“5 aydır maaş gözləyirik” Laçında otel tikən işçilərdən şok iddialar

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“TVM İnşaat” MMC-nin adı son dövrlər əmək hüquqlarının kobud şəkildə pozulması ilə bağlı hallanır. Şirkətdə çalışmış bir neçə vətəndaş redaksiyamıza müraciət edərək əmək haqlarının ödənilməməsi və qanunsuz əmək münasibətlərinə cəlb olunmaları barədə şikayətlərini bildiriblər.

Şikayətçilərdən biri Ağa Bəkirov Bakupost.az-a bildirdi ki, “TVM İnşaat”ın Laçındakı otel tikintisində işləyib.

“5 aydır deyirlər ki, ödənişi bu gün verəcəyik, sabah verəcəyik. Biz də bu işlə dolanırıq, çıxılmaz vəziyyətdə qalmışıq. Məlumatsız olmağımızdan istifadə edərək bizi aldadıb sənədsiz işlədiblər. Şəxsiyyət vəsiqəmizi götürdülər, elə bildik ki, rəsmiləşdiriblər. Xeyli insanı belə qanunsuz işlədirlər”.

Digər şikayətçi Nazim Bayramov isə 2024-cü ilin noyabrından 2025-ci ilin yanvar ayına qədər “Laçın otel” layihəsində suvaqçı kimi çalışıb:

“Cəlil adında rəhbərləri var. Biz işimizi gördük, amma ödəniş verilmədi. Ona görə də işə qayıtmadıq. Şirkətin ikimizə birlikdə 4500 manat borcu var. Səbrimiz tükənib, pulumuzu versinlər”.

Bu ilk dəfə deyil ki, “TVM İnşaat” əmək qanunvericiliyinə zidd fəaliyyətlə gündəmə gəlir. 2024-cü ilin oktyabr ayında bu şirkət barəsində rəsmi qaydada inzibati xəta protokolu tərtib edilib. Rəsmi məlumata əsasən, “TVM İnşaat” MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işlərə cəlb edib. Bu isə Əmək Məcəlləsinin kobud şəkildə pozulmasıdır.

Redaksiya olaraq şirkətlə əlaqə qurmağa çalışdıq. Lakin rəsmi internet saytında qeyd olunan əlaqə nömrəsi işlək deyildi. Şirkətin elektron poçt ünvanına göndərdiyimiz sorğu da cavabsız qaldı.

Mövzu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə də sorğu göndərdik. Qurumdan bildirildi ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi əmək qanunvericiliyinin pozulması halı hesab olunur və qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur:

“Əmək münasibətlərinin rəsmiləşdirilməsi həm işçilərin hüquqlarının təminatı, həm də işəgötürənlərin hüquqi risklərinin azaldılması baxımından vacibdir. Əmək münasibətlərinin yaranmadığı təsdiq edildiyi təqdirdə vətəndaşlar ödənişlərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər.

Qeyd edək ki, əmək hüquqları pozulan şəxslər Xidmətə elektron qaydada ([email protected], sosial şəbəkələr vasitəsilə və ya poçtla (Bakı şəhəri, Sevlana Məmmədova 107) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər. Bütün müraciətlər operativ cavablandırılır.”


Aysel,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:416
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 İyul 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri