Icma.az
close
up
RU
5 aydır verilən qərar İCRA OLUNMUR “BBC News Azərbaycanca”nın qanunsuz fəaliyyəti ilə bağlı SENSASİON FAKTLAR

5 aydır verilən qərar İCRA OLUNMUR “BBC News Azərbaycanca”nın qanunsuz fəaliyyəti ilə bağlı SENSASİON FAKTLAR

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, bu il fevralın 13-də “BBC News Azərbaycanca”nın fəaliyyətinin dayandırılacağı elan olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin fevralın 20-də yaydığı məlumatda bildirilib ki, BBC-nin ölkəmizdəki nümayəndəliyinin bağlanması ilə bağlı qərar BBC-nin ölkəmizdəki nümayəndələri ilə görüş zamanı rəsmi şəkildə çatdırılıb. Üstəlik sözügedən qərarla bağlı Azərbaycanın rəsmi mövqeyi tam şəkildə qarşı tərəfə izah olunub.
“BBC News Azərbaycanca”nın bağlanması ilə bağlı qərarın hüquqi əsasları
Azərbaycan Respublikasının bütün xarici ölkələrin media qurumları ilə münasibətlərdə və qərarlarda hər zaman qarşılılıq prinsipini əsas götürüb. Media haqqında qanunun 11-ci maddəsində Xarici media nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti ilə bağlı normalar açıq şəkildə göstərilib.
Həmin maddənin 2-ci bəndində isə qeyd olunub ki, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.
Aparılmış təhlillər nəticəsində, eləcə də ölkə qanunvericiliyi, xüsusilə Media haqqında qanunun 11.2 maddəsi əsas götürülməklə BBC-nin ölkəmizdə nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı müəyyən edilib. Nəticədə, ölkəmizdəki nümayəndəliyin bağlanması ilə bağlı qərar verilib.
Qeyd edək ki, nümayəndəliyin bağlanması qərarının “BBC“ yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub.
Xarici media subyektləri Azərbaycanda hansı qaydada fəaliyyət göstərə bilər?
İyulun 14-də Milli Məclisin iclasında “Media haqqında” Qanuna təklif edilən dəyişikliklər 3-cü oxunuşda qəbul edilib. Avqustun 1-də isə Prezident İlham Əliyev sözügedən qanuna dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 iş günü ərzində Media Reyestrinə daxil edilmək üçün müraciət etməlidirlər. Üstəlik, açıq şəkildə bildirilib ki, bu Qanunun tələblərini pozmaqla fəaliyyət göstərən media resurslarının filial və nümayəndəlikləri ləğv olunacaq.
“BBC News Azərbaycanca” qanunsuz fəaliyyətinə davam edir
Xatırladaq ki, Fevralın 20-də BBC tərəfindən yayılan rəsmi məlumatda “BBC News Azərbaycanca”nın Bakıda fəaliyyətini dayandırdığı elan olunub.
Sözügedən qərarın verilməsindən 5 aydan çox müddət keçməsinə baxmayaraq, “BBC News Azərbaycanca” Səadət Akifqızının rəhbərliyi altında aktiv şəkildə öz fəaliyyətini davam etdirir.
Halbuki qanunvericiliyə əsasən, “BBC News Azərbaycanca” fərdi nümayəndəlik şəklində fəaliyyətini çoxdan dayandırmalı idi. Yalnız akkreditasiyadan keçmiş bir jurnalist “BBC”nin Azərbaycan müxbiri kimi fəaliyyət göstərə bilərdi.
Araşdırmalarımız göstərir ki, iyul ayında “BBC News Azərbaycanca”nın Azərbaycan bölməsində 66 xəbər (gündəlik 2,12) dərc olunub. Ancaq bağlanma qərarının verildiyi dövrdən əvvələ, məsələn 2025-ci ilin yanvar ayına nəzər saldıqda, Azərbaycan bölməsində cəmi 32 xəbər və məqalənin dərc olunduğunu görə bilərik. Bu isə orta hesabla gündəlik cəmi bir material deməkdir. Göründüyü kimi, “BBC News Azərbaycanca” fəaliyyətini dayandırmaq yerinə daha da gücləndirib.
Sosial şəbəkələrdə də aktiv paylaşımlar edilir...
“BBC News Azərbaycanca”nın son aylarda “Youtube” platformasındakı fəaliyyəti də artan templə davam edir. Belə ki, “BBC News Azərbaycanca” “Youtube” kanalında 20 fevraldan bəri 12 yeni video paylaşılıb ki, bu da aylıq 2,4 video deməkdir. Sözügedən dövr ərzində paylaşılan “shorts” videoların sayı isə 540-a bərabər olub ki, bu da orta hesabla ayda 100 “shorts” (gündəlik 3-4) deməkdir.
“Vidiq.com”dakı göstəricilərə əsasən, fevralın 20-dən bəri “BBC News Azərbaycanca” “Youtube” kanalında abunəçilərin sayı 26 min nəfər artıb. Təkcə bunun özü belə kanalın aktiv şəkildə fəaliyyət göstərdiyini nümayiş etdirir.
“BBC News Azərbaycanca” sosial şəbəkələr üzərindən də aktiv şəkildə fəaliyyətini davam etdirir. Təkcə nümayəndəliyin “Facebook” hesabında iyul ayı ərzində 150-ə yaxın paylaşım edilib. Bu isə orta hesabla gündəlik 5 paylaşım deməkdir.
Qərəzli məqalələr
“BBC News Azərbaycanca”nın məqalə və videoreportajlarında qərəzli, obyektivlikdən uzaq məlumatların sayı heç də az deyil. Üstəlik, xəbərlərin təqdimedilmə formasında sözügedən qərəz daha aydın şəkildə özünü büruzə verir.
“BBC News Azərbaycanca”da dərc olunan xəbərlərdə bir məqam xüsusilə diqqət çəkir: Kim tərəfindən yazıldığı bilinməyən şərhlərin xəbərə çevrilməsi.
“Azərbaycanlı sosial media istifadəçilərindən biri yazır ki”, “narazı sosial media istifadəçiləri bildirir ki” kimi cümlələr “BBC News Azərbaycanca”nın materiallarını bəzəyən “istinad nöqtələri”nə çevrilib. Xüsusilə də, Azərbaycan dövlətini hədəf alan, heç bir əsası olmayan xəbərlərdə bu cür “istinad”lara daha çox müraciət olunur.
Halbuki jurnalistikada məlumatların etibarlı mənbədən əldə olunması qızıl qaydalardan biri hesab olunur. Bu cür kim tərəfindən yazılıdığı belə bəlli olmayan fikirlərin xəbərə çevrilməsi, üstəlik başlıqda qeyd olunub manşetləri bəzəməsinin isə jurnalistika ilə yaxından-uzaqdan əlaqəsi yoxdur.
“BBC News Azərbaycanca” fəaliyyətini dayandırmalıdır.
Göründüyü kimi, “BBC News Azərbaycanca”nın bağlanması ilə bağlı rəsmi qərar verilib. Üstəlik, nümayəndəliyin fəaliyyətinin qanunsuz olması Azərbaycan Respublikası qanunvericiliyində də açıq şəkildə təsbit olunub.
Buna baxmayaraq, “BBC News Azərbaycanca”nın fəaliyyətini davam etdirməsi açıq şəkildə qanunaziddir. Üstəlik, onların fəaliyyətindəki qərəzli yanaşma da göz önündədir. Ona görə də, “BBC News Azərbaycanca” ən qısa zamanda ləğv olunmalıdır.
“BBC News Azərbaycanca” haqqında
Qeyd edək ki, “BBC News Azərbaycanca” Böyük Britaniyanın ictimai yayım şirkəti olan BBC-nin (British Broadcasting Corporation) Azərbaycan dilində fəaliyyət göstərən redaksiyasıdır. O, BBC World Service-in bir hissəsi kimi fəaliyyət göstərir. BBC Azərbaycan xidməti yayımlarına 1994-cü il noyabrın 30-da başlayıb və radio yayımları həyata keçirib.
2011-ci martın 25-dən isə BBC Azərbaycan xidmətinin radiosu fəaliyyətini dayandırıb. BBC News Azərbaycanca öz fəaliyyətini internet səhifəsində və sosial şəbəkələr üzərindən davam etdirir. Nümayəndəlik Böyük Britaniya hökuməti tərəfindən (BBC World Service fondu) maliyyələşdirilir. (Bizim.media.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Avqust 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri