Icma.az
close
up
RU
“5 dəqiqəlik tənəffüzlər tələskənlik, gərginlik və davranış pozuntularını artırır” ELŞƏN QAFAROV

“5 dəqiqəlik tənəffüzlər tələskənlik, gərginlik və davranış pozuntularını artırır” ELŞƏN QAFAROV

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Məktəblərdə tənəffüs müddəti adətən texniki detal kimi qəbul olunur. Halbuki tənəffüs təhsil prosesinin psixoloji və pedaqoji keyfiyyətinə birbaşa təsir edən əsas amillərdən biridir. Azərbaycan məktəblərinin çoxunda tənəffüslər 5 dəqiqə, yalnız bir fasilə isə 10 dəqiqə təşkil edir”.

Gununsesi.info bildirib ki, bu fikirləri təhsil eksperti Elşən Qafarov deyib :

“Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 №-li Qərarı ilə təsdiq olunmuş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” adlı normativ sənəddə ümummi təhsil məktəblərimizdə dərslər arası fasilənin  ( tənəffüs) müddəti  haqqında deyilir :

“2.2.25. Dərslər arasında fasilənin müddəti 5-10 dəqiqə, uzun fasilələrin müddəti isə (2 və ya 3 dərsdən sonra) 10-30 dəqiqə təşkil edir. Bir böyük fasilə isə 2 və 3 dərsdən sonra müddəti 20 dəqiqə olan iki fasilə ilə əvəzlənir. Fasilələrin təmiz havadan maksimal istifadə etməklə və hərəkətli oyunlar keçirməklə təşkil olunması zəruridir. Gündəlik dinamik fasilənin həyata keçirilməsi zamanı böyük fasilənin 45 dəqiqəyə qədər davam etməsinə icazə verilir. Bu müddətin 30 dəqiqəsi idman meydançasında, idman zalında və ya trenajorlarla təchiz olunmuş rekreasiya sahələrində keçirilməlidir.”

Amma nədənsə bütün məktəblərimizdə dərslərarası fasilənin  müddəti 5 dəqiqə , yalnız bir ( böyük ) tənəffüs( fasilə) 10 dəqiqə götürülür.

Bu model formal olaraq fasilə yaratsa da, real dincəlmə imkanı vermir. Şagird bu 5 dəqiqə ərzində sinif dəyişir, pilləkənlə hərəkət edir, bufetə və ya sanitar qovşağa gedir və dərsə qayıdır.

Nəzərə alsaq ki, ölkədə hazırda fəaliyyət göstərən 4036 məktəbin ( məktəblərin bağlanması prosesi davam edir, hər gün, hər həftə azkomplektli məktəblər bağlanır ) 900-a yaxını şagird sayı 500 nəfərdən yuxarıdır( onlaardan  400 məktəbda şagird sayı 1000 nəfərdən yuxarıdır) sanitar qovşaqlarla şagirlərin sayı tərs mütənasibdir, yəni sanitar qovşaqların sayı şagirdlərin sayı ilə uzlaşmır, 5 dəqiqə ərzində şagirdlərin sanitar qovşaqdan istifadəsi mümkünsüz olur. ( Burada normativə ( 171№-li Qərardan) xatırlatmaq yerinə düşərdi:

2.3.21. Ümumi təhsil müəssisələrinin binasının hər mərtəbəsində oğlanlar və qızlar üçün kilidsiz qapılı kabinələri olan sanitar qovşaqları nəzərdə tutulur. Sanitar-texniki cihazların sayı 60 qıza 2 unitaz və 1 əlüzyuyan, 40 oğlana 1 unitaz, 1 əlüzyuyan və 1 pissuar hesabı ilə müəyyən olunur. Oğlanlar və qızlar üçün nəzərdə tutulan sanitar qovşaqlarının ümumi sahəsi bir şagirdə 0,1 m2-dən az olmayaraq qəbul edilməlidir. İşçi heyəti üçün ayrıca sanitar qovşağı layihələndirilir.).”

O əlavə edib ki, nəticədə nə fiziki rahatlama baş verir, nə də emosional boşalma:

“Psixoloji baxımdan isə beyin 40–45 dəqiqəlik intensiv diqqətdən sonra yenilənməyə ehtiyac duyur. Bu yenilənmə dərs zamanı deyil, məhz fasilə zamanı baş verməlidir. Əgər fasilə real deyilsə, yüklənmə dərsdən dərsə ötürülür.

OECD Education 2030(OECD Education 2030 (Future of Education and Skills 2030) — bu, OECD-nin (Ekonomik Əməkdaşlıq və İnkişaf Təşkilatı) təhsilin gələcəyinə dair uzunmüddətli vizyon və konseptual çərçivəsidir. Məqsəd 2030-cu ildə (və ondan sonra) dünyada yaşayan şagirdlərin yalnız biliklə deyil, bilgi, bacarıq, tutum və dəyərlərlə də mükəmməl hazırlanmasıdır.)  yanaşmasına görə, şagird rifahı olmadan yüksək akademik nəticə gözləmək mümkün deyil. Rifah yalnız emosional münasibətlə yox, məktəbin gündəlik ritmi ilə də bağlıdır.

CASEL (Collaborative for Academic, Social, and Emotional Learning – Akademik, sosial və emosional öyrənmə üzrə əməkdaşlıq təşkilatı . CASEL SEL – Sosial-Emosional Öyrənmə anlayışını sistemləşdirən və dünyada ən geniş qəbul olunan elmi-praktik çərçivəni təqdim edən qurumdur.) modeli göstərir ki, emosional tənzimləmə fasiləsiz baş verə bilməz. Uşaq özünü sakitləşdirməyi və davranışını idarə etməyi öyrənmək üçün fasilədə nəfəs almalıdır.

UNESCO (United Nations Educational, Scientific and Cultural Organization – BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatıdır. UNESCO-nun əsas məqsədi təhsil, elm və mədəniyyət vasitəsilə sülhü, insan hüquqlarını və dayanıqlı inkişafı təmin etməkdir)  isə məktəbi insan mərkəzli, təhlükəsiz və inkişaf yönümlü mühit kimi təsvir edir. Belə bir mühitdə tənəffüz cəza deyil, bərpaedici mexanizmdir.

5 dəqiqəlik tənəffüzlər isə əksinə, tələskənlik, gərginlik və davranış pozuntularını artırır. Bu pozuntular çox vaxt “intizam problemi” kimi qiymətləndirilsə də, əsl səbəb yorğunluqdur. Müəllim dərsin əvvəlində sinfi sakitləşdirməyə vaxt sərf  etməli olur, bu da dərsdə tədrisin keyfiyyətiyyətinin aşağı düşməsi və ya itməsi ilə nəticələnir”.

Ekspertin fikrincə, bu məsələ ayrı-ayrı müəllimlərin deyil, məktəb idarəetməsinin məsuliyyət sahəsidir.

“Tənəffüs dərsdən kənar vaxt deyil. Fasilə dərsin psixoloji davamıdır. Məktəbdə fasilə nə qədər qısadırsa, tədrisdə gərginlik bir o qədər uzun olur. Göründüyü kimi tənəffüs və ya dərslərarası fasilə  tədris prosesində texniki detal deyil, məktəb mədəniyyətinin ən vacib hissəsidir”.

Qeyd etmək lazımdır ki, bir çox həkim və pediatr hesab edir ki, məktəblilərin sağlam qidalanması üçün 5–10 dəqiqəlik tənəffüs vaxtı kifayət etmir.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Dekabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri