Almaniya hazırda Ukraynaya yeni Patriot sistemlərini tədarük edə bilmir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Almaniya Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin, xüsusilə də yeni "Patriot" komplekslərinin verilməsi məsələsində məhdud imkanlara malikdir.
APA xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Berlində Litvanın müdafiə naziri Robertas Kauanskas ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, buna səbəb Almaniyanın bu sistemlərə özünün də ehtiyac duymasıdır.
Nazir deyib ki, Almaniya artıq öz "Patriot" sistemlərinin üçdə birindən çoxunu Ukraynaya təhvil verib və hazırda ötürülən sistemlərin əvəzinə yeni tədarükləri gözləyir.
“Daha artığını edə bilmərik, çünki özümüz də verilmiş "Patriotlar"ın əvəzinə yeni tədarükləri gözləyirik”, – deyə Pistorius qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 27 Yanvar 2026 03:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















