Pezeşkianın oğlundan hakimiyyətin bu qərarına Sərt reaksiya
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkədə davam edən etirazlar fonunda tətbiq olunan internet məhdudiyyətlərinə sərt reaksiya verib.
“Qafqazinfo”nun məlumatına görə, Yusif Pezeşkian teleqram hesabında paylaşdığı açıqlamada bildirib ki, internetin bağlanması mövcud problemləri həll etmir, əksinə cəmiyyətdə narazılığı daha da dərinləşdirir.
Onun sözlərinə görə, rəqəmsal qadağalar ictimai gərginliyi azaltmaq əvəzinə, narazılığın artmasına səbəb olur.
Yusif Pezeşkian qeyd edib ki, internet qadağası zorakılıq görüntülərinin yayılmasının qarşısını almaq məqsədi daşısa da, bu yanaşma çıxış yolu deyil:
“İnternetin bağlanması heç nəyi həll etməyəcək, sadəcə problemi təxirə salacaq”.
Prezidentin oğlu hesab edir ki, rəqəmsal əlaqənin kəsilməsi hökumətlə cəmiyyət arasındakı etimadsızlığı daha da artırır və məhdudiyyətlərin davamı hətta əvvəllər razı olan vətəndaşları da narazılar sırasına qoşacaq.
O, etirazlar zamanı çəkilən görüntülərin gec-tez yayımlanacağını qeyd edərək, bu materiallarla üzləşməyin problemlərin həlli baxımından daha effektiv olacağını bildirib.
Qeyd edək ki, İranda 8 yanvardan etibarən tətbiq olunan internet məhdudiyyətləri sosial media və informasiya axınına ciddi maneələr yaradaraq, gündəlik həyat və iqtisadi fəaliyyətə mənfi təsir göstərib. Ölkə üzrə davam edən etirazlar fonunda tətbiq edilən bu məhdudiyyətlər həm daxildə, həm də beynəlxalq insan haqları təşkilatları tərəfindən tənqid olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 27 Yanvar 2026 04:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















