Icma.az
close
up
RU
5 gün sonra: Ermənistanda müharibə olacaq...

5 gün sonra: Ermənistanda müharibə olacaq...

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca regionda proseslərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir.

Xüsusilə bəzi siyasi ekspertlər və politoloqlar seçkilərdən sonra ölkədə ciddi qarşıdurmaların, hətta küçə toqquşmalarının, bəziləri isə vətəndaş müharibəsinin baş verə biləcəyini iddia edirlər. Bu proqnozlarda ən çox vurğulanan məqamlardan biri də Rusiya faktorudur.

Mövcud şəraitdə seçkilərdən sonra ölkədə ciddi qarşıdurma və küçə toqquşmaları baş verə biləcəyi ilə bağlı səslənən proqnozlar nə dərəcədə realdır?

“Cebheinfo.az”-a açıqlamasında politoloq Tofiq Abbasovun fikrincə, Ermənistanda elə boşluqlar var ki, orada istənilən qüvvə və ya terror təşkilatı müəyyən məqsədlərinə nail ola bilər.

O qeyd edib ki, hazırda Baş nazir Nikol Paşinyan özünün demokratik və azadsevər imicini bir qədər şişirdərək bunu dövlət reallığı kimi təqdim etməyə çalışır, amma bu əsla belə deyil:

“Ermənistan cəmiyyətinin özünəməxsus simptomları və spesifik göstəriciləri var. Elə buna görə də bəzən ən gözlənilməz anda arzuolunmaz proseslərin şahidi olmaq mümkündür.

Buna baxmayaraq, hesab edirəm ki, Nikol Paşinyan qalib gələcək. Faktiki olaraq burada əsas qüvvələr – istər ABŞ, istər Avropa İttifaqı, istərsə də Rusiya – Paşinyanın hakimiyyətdə qalmasını istəyirlər. Bu nə qədər paradoksal görünsə də, vəziyyət belədir.

Bu gün Rusiya Paşinyanı bilərəkdən dünyaya özünün düşməni kimi təqdim edir. Məqsəd isə hələ də tərəddüd edən və elektorat daxilində qərarsız qalan qüvvələrin məhz Paşinyana sığınaraq ona səs verməsinə təsir göstərməkdir”.

O bildirib ki, burada özünəməxsus latent (gizli, əlamətləri büruzə verməyən) bir proses gedir:

“Bütün fövqəlqüvvələr çalışır ki, Nikol Paşinyan hakimiyyəti əldən verməsin. Çünki bu həm Avropanı, həm Amerikanı, həm də Rusiyanı qane edir. Hazırda Rusiyanın Paşinyandan narazı olduğu, onun Avropa İttifaqına yaxınlaşmağa çalışdığı barədə fikirlər səslənir.

Lakin burada əsas sual yaranır ki, onun burada hansı qazancı var? Digər tərəfdən, Avropa İttifaqı Ermənistanı mövcud problemləri ilə birlikdə onu öz qoynuna alandır? Əlbəttə ki, yox. Çünki Avropa İttifaqı adətən münasibət qurursa, çalışır qarşı tərəfdən faydalansın, xeyir götürsün.

Bu baxımdan, Ermənistana Avropa İttifaqının verəcəyi heç bir şey yoxdur. Əksinə, Avropa İttifaqı Ermənistanı öz sıralarına qəbul etsələr, Ermənistan yalnız ittifaqdan kömək umacaq.

Onlar da hazırda belə bir imkanlara malik deyillər. Çünki özlərinin vəziyyəti də qənaətbəxş deyil. Digər tərəfdən, ABŞ ilə münasibətləri kifayət qədər gərgindir. Bundan əlavə, ölkə daxilində enerji böhranı və digər ciddi problemlər də mövcuddur”.

Politoloq hesab edir ki, Ermənistanda prinsip etibarilə, silahlı qarşıdurmalar, çevriliş cəhdləri və bu kimi hadisələr yaşanmazsa, Nikol Paşinyan hakimiyyətini qoruyub saxlayacaq:

“Paşinyan bundan sonra həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələyə keçid etməyə çalışacaq. Əslində, mahiyyət etibarilə, onlar köhnə siyasətin müəyyən konturlarını yenidən canlandırmağa çalışacaqlar. 

Lakin seçkilərdən qalib çıxmış qüvvə bu proseslərə yeni yanaşma nümayiş etdirməyə, siyasi vitrini, yəni fasadı yeniləməyə səy göstərəcək. Məqsəd isə islahatlara açıq və hazır bir qüvvə obrazı yaratmaq olacaq.

Digər tərəfdən, bütün islahatlara hazır olduqlarını nümayiş etdirməyə çalışacaq, eyni zamanda beynəlxalq birlik qarşısında daha müsbət nəticələr və töhfələr ortaya qoymağa cəhd göstərəcəklər”.

O əlavə edib ki, müxalifətin güc nümayişi və mümkün qarşıdurma ehtimalları fonunda Paşinyanın mövqeyi həlledici sayılır:

“Əgər müxalifət, xüsusilə də rusiyapərəst qüvvələr – Robert Köçəryan, Samvel Karapetyan və digərləri həqiqətən də Paşinyan əleyhinə böyük kütlə toplaya bilməsələr, onların bu mübarizəyə qoşulmasının ciddi mənası olmayacaq. Yox, əgər onlar hakimiyyətin üzərinə böyük qüvvə ilə gələcəklərsə, o zaman ciddi toqquşmaların baş verməsi mümkündür. Hətta istisna etmirəm ki, seçkilər belə baş tutmaya bilər.

Qarşıdakı 2-3 gün olduqca həlledici dövrdür və bununla bağlı proqnozlar da müxtəlifdir. Belə görünür ki, Paşinyan burada yüksək cəsarət və qətiyyət göstərsə, onun qarşısını almaq mümkün olmayacaq.

Robert Köçəryan, Samvel Karapetyan, kilsə nümayəndələri və digər qüvvələr nə qədər tənqid və qarayaxma kampaniyaları aparsalar da, Paşinyanın gücünü zəiflətməkdə çətinlik çəkəcəklər. Çünki Paşinyan, demək olar ki, vəziyyəti nəzarətdə saxlayır.

Güc strukturları kifayət qədər möhkəmdir və onlar da öz mövqelərini qorumağa çalışırlar. Eyni zamanda hakimiyyət nümayəndələri vurğulayırlar ki, demokratik yolu seçiblər və insanlara müəyyən azadlıqlar veriblər. Onların fikrincə, bu azadlıqlar nə Robert Köçəryanın, nə də Serj Sarkisyanın hakimiyyəti dövründə mövcud olub”.

Tofiq Abbasov vurğulayıb ki, Nikol Paşinyan da hakimiyyətə gəldiyi 2018-ci ildən sonra bir çox səhvlərə yol verib:

“Daha sonra köhnə sistemi müəyyən mənada “reanimasiya” etməyə çalışsa da, bunun doğru yol olmadığını anladı. Xüsusilə İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra o, Ermənistan cəmiyyətinin və siyasi sisteminin ümumilikdə doğru istiqamətdə olmadığını dərk etdi.

Başa düşdü ki, indiki vəziyyətdə uduzublar, amma gələcəyi də uduza bilərlər. Buna görə də Paşinyan öz səhvlərindən, eləcə də təkcə özünün deyil, keçmiş hakimiyyətlərin yol verdiyi yanlışlardan nəticə çıxarmağa çalışdı və “mifik Ermənistan” deyil, real Ermənistan qurmaq lazım olduğunu anladı.

Onun yanaşmasına görə, bütün imkanlar və resurslar birləşdirilməli, cəmiyyət vahid bir sistem kimi fəaliyyət göstərməlidir ki, Ermənistan həqiqətən gələcəyə uyğun şəkildə transformasiya oluna bilsin. Əsas məsələ isə ondan ibarətdir ki, Ermənistanın dövlət subyektliyi hələ də yarımçıqdır”.

Politoloq qeyd edib ki, Avropa İttifaqı ilə əməkdaşlıq Ermənistana fayda vermir, çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası və regiona inteqrasiyadır:

“Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində onlar müəyyən oyunlara daxil olurlar, xüsusi missiya tələb edirlər. Lakin bunların heç birinin Ermənistan üçün real fayda verəcəyini düşünmürəm.

Sadəcə Ermənistanın kisəsindən yeyəcəklər, amma qarşılığında heç nə verməyəcəklər. Ona görə də Ermənistan üçün ən doğru yol Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək, ərazi iddialarından və təhdid xarakterli yanaşmalardan imtina etməkdir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2026 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see559

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see350

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see312

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see311

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see306

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see285

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see281

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see277

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see253

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see252

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see251

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see247

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see245

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see243

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see240

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see240

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see225

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see215

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see212

Azərbaycan qocalır: 26 ildə yaşlıların sayı 2,6 dəfə artıb

29 Avqust 2026 15:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri