“Xankəndi”nin baş məşqçisi: “Əsas hədəfimiz liqada qalmaqdır”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Xankəndi”nin baş məşqçisi Röyal Nəcəfov Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Gəncəbasar”la keçirəcəkləri oyun öncəsi komandasının vəziyyətindən danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis açıqlamasında heyətdə futbolçu sayının az olduğunu və dörd oyunçunun zədədən əziyyət çəkdiyini bildirib.
“Komandamızda futbolçu sayı azdır. Digər tərəfdən, dörd zədəli oyunçumuz da var. Bu səbəbdən kubok oyununda rotasiya edəcəyik. “Gəncəbasar”la görüşdə az oynayan futbolçulara forma şansı verəcəyik. Oyun praktikasından əziyyət çəkən futbolçuların formasının yaxşılaşması vacib məqamdır”, - deyə Röyal Nəcəfov fanat.az-a açıqlamasında deyib.
Baş məşqçi komandanın əsas diqqətini Birinci Liqaya yönəltdiyini vurğulayıb:
“Bizim əsas hədəfimiz liqada qalmaqdır. Yəni əsasən çempionata köklənmişik. Söylədiyim kimi, zədəli, mikrozədəli oyunçularımızın da sayı çoxdur. Onları kubokda meydana buraxıb sağlamlıqlarını riskə atmaq fikrində deyilik”.
Qeyd edək ki, “Xankəndi” - “Gəncəbasar” qarşılaşması oktyabrın 29-da Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. Matç saat 14:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 27 Oktyabr 2026 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















