Icma.az
close
up
RU
5 ilə çəkilən “44” təqdim olundu Fotolar

5 ilə çəkilən “44” təqdim olundu Fotolar

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsinə həsr olunan və “44” bədii filmi ictimaiyyətə təqdim olunub. 

Axşam.az xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Təqdimatdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında “44” filminin saundtrekini dinləyiblər. Musiqinin yaratdığı təsirli ovqat ekranda Azərbaycan xalqının Zəfərə aparan yolunu əks etdirən sənədli xronika ilə müşayiət olunub. Xronikada Azərbaycanın ərazi bütövlüyü uğurundakı mübarizə dövrü, Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın azad olunmasına yönəlik siyasəti, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsinə dair videomateriallar təqdim edilib. 

Daha sonra “44” bədii filmi nümayiş olunub.

Film bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır. Ekran əsərində əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir. Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır. Sevgi və şəxsi sınaqlar xətti ilə paralel olaraq, filmdə gərgin hərbi əməliyyatlar cərəyan edir. “44” sadəcə müharibə haqqında film deyil. Bu ekran əsəri qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir. “44” filmi Müzəffər Ali Baş Komandanın dəmir yumruğu, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfərin bədii salnaməsidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ,Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycanda son illərin ən böyük kinematoqrafik layihələrindəndir. 

Filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli, Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov, İsmayıl İman, prodüseri Orman Əliyev, quruluşçu operator Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkarı Ruslan Ağababayev, səs rejissoru Teymur Kərimovdur. 

Ekran əsəri ssenarinin işlənməsindən postprodakşn mərhələsinədək 5 il ərzində ərsəyə gəlib. Belə ki, bədii ssenari və rejissor ssenarisinin yazılması 2 il, çəkilişlərə hazırlıq işlərinə 1 il, çəkilişlər 14 ay, postprodakşn işləri isə 1 il davam edib. Filmin daimi yaradıcı, aktyor və inzibati heyəti 455 nəfərdən ibarət olub. Hərbçilər, kütləvi səhnələrin iştirakçıları, epizodik rolları canlandıran aktyorlar, cəlb olunan mütəxəssislər nəzərə alındıqda isə layihə iştirakçılarının sayı bir neçə min nəfərə çatıb. Layihəyə müxtəlif istiqamətlər üzrə 198 mütəxəssis dəvət olunub. Filmin çəkilişlərində 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin 42 döyüşçüsü, əsas rollarda 32 aktyor, epizodik rollarda 1143 aktyor, həmçinin kütləvi səhnələri canlandıran 2000-dək heyət iştirak edib. Aktyorlar sırasında, eyni zamanda Vətən müharibəsi iştirakçıları var. 

Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib. Filmdə Ordumuzun bütün qoşun və qüvvə növləri iştirak edib. 

Ekran əsərinin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb. Ümumilikdə isə çəkilişlər 130-dan çox məkanı əhatə edib.

Filmin istehsalında 150-dən çox hərbi texnika, aviasiya, avtomobil, silah və xüsusi təyinatlı avadanlıqlardan istifadə olunub. Çəkilişlərə tanklar, piyadaların döyüş maşınları, reaktiv yaylım atəş sistemləri, artilleriya sistemləri, döyüş helikopterləri, pilotsuz uçuş aparatları, mühəndis texnikası və zirehli avtomobillər, həmçinin atıcı silahlar, pulemyotlar, snayper tüfəngləri, qumbaraatanlar, tank əleyhinə raket kompleksləri və minaatanlar cəlb edilib. Genişmiqyaslı döyüş səhnələrinin real canlandırılması üçün müxtəlif növ 300 min təlim və döyüş patronu, yüzlərlə təlim sursatı, eləcə də xeyli miqdarda pirotexnika, tüstü effektləri, partlayıcı maddələr və xüsusi kaskadyor avadanlıqlarından istifadə olunub. 

112 saatlıq çəkiliş materiallarının montajı 1 il davam edib və nəticədə 2 saat 38 dəqiqəlik film ərsəyə gəlib.

Layihənin reallaşmasına müxtəlif mərhələlərdə beynəlxalq mütəxəssislər də cəlb olunub. Kaskadyorluq, tryuk səhnələrinin quruluşu, pirotexniki effektlər, çəkiliş meydançasında səs yazılışı, operator dəstəyi, qrim işləri, musiqinin yazılışı, səs miksi, səs dizaynı, kompüter qrafikasının yaradılması, rəng korreksiyası və görüntünün yekun emalı, eləcə də premyera nümayişi üçün texniki avadanlıqların təchizatı 13 ölkədən - ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Estoniyadan olan mütəxəssislər tərəfindən həyata keçirilib. Filmin kompüter qrafikası işləri ukraynalı mütəxəssislərlə birgə Estoniyanın 3D qrafika, kompüter animasiyası və vizual effektlər üzrə ixtisaslaşmış “UMP” studiyasında aparılıb və heç bir süni intellekt məhsulundan istifadə olunmayıb.

Filmin postprodakşn mərhələsi, rəng korreksiyası, rəqəmsal görüntü emalı və masterinq işləri Polşanın bu sahədə ixtisaslaşmış “Dolby Vision” sertifikatlı “FixaFilm” studiyasında reallaşıb. 

“44” bədii filminin beynəlxalq səviyyədə tanıdılması məqsədilə gələcəkdə xarici ölkələrdə nümayişi, eləcə də kinofestivallarda iştirakı nəzərdə tutulur. 

Film oktyabrın 15-dən ölkə kinoteatrlarında nümayiş olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://axsam.az
archiveBu xəbər 13 Oktyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri