Icma.az
close
up
RU
5 min iş yeri bu bölgələrdə yaradılacaq Deputat açıqladı

5 min iş yeri bu bölgələrdə yaradılacaq Deputat açıqladı

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Növbəti illərdə qeyri neft-qaz sektorunda daha çox yeni iş yerləri yaradılacaq. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyd edildiyi kimi, sənədin icrası nəticəsində müvafiq sahədə istehsal və emal potensialının yüksəldilməsi, rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının genişləndirilməsi, investisiyaların cəlbinin və qeyri-neft ixracının artırılması, yeni iş yerlərinin yaradılması, habelə regionların sosial-iqtisadi inkişafına töhfənin gücləndirilməsi gözlənilir.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Yeni iş yerləri harada yaradılacaq və kimlər işlə təmin olunacaqlar?

Deputatın sözlərinə görə, Proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
"Hazırda, mədənçıxarma sənayesində 32963 nəfər çalışır. Onlardan 4063 nəfər xanım vətəndaşlarımızdır. Xam neft və təbii qaz hasilatında əmək müqaviləsi ilə işləyənlərin sayı 19638 nəfərdir. 1987 vətəndaşımızın isə metal filizlərinin hasilatı sahəsində əmək müqaviləsi qeydiyyatdan keçib. Mədənçıxarma sənayesi sahəsinə xidmətlər göstərən muzdlu işçilərin sayı isə 8633 nəfərdir. Bu xidmət sahəsində 1268 qadın çalışır.

İş yerləri yaradılacaq şəhər və rayonlara gəldikdə isə Proqrama əsasən, xüsusən Bakı və Gəncə şəhərlərində, Daşkəsən, Balakən, Kəlbəcər və eləcə də Qarabağda dağ-mədən sənayesi sahəsində yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Belə ki, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində Zənginləşdirmə zavodu ilə yanaşı, həmin rayonumuzda Pellet istehsalı və İBD zavodunun qurulması da həyata keçiriləcək. Gəncə şəhərində “Azəralüminium” MMC-nin elektroliz zavodu layihəsinin tamamlanması və istehsal gücünün artırılması da yeni iş yerlərinin yaradılmasına imkan verəcək. “Baku Steel Company” Qapalı Səhmdar Cəmiyəti tərəfindən tikişsiz boru istehsalı sahəsində istehsal güclərinin yaradılmasının dəstəklənməsi isə paytaxtda məşğulluğa dəstək olacaq.

Proqrama əsasən, Zəylik-Alunit yataqlarında alunitin sənaye istifadəsi və ondan alüminium oksidi və alüminium istehsalı və özəl sektor tərəfindən illik istehsal gücü təqribən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin qurulması imkanlarının qiymətləndirilməsi də həyata keçiriləcək. Kəlbəcər rayonunda Söyüdlü (Zod) qızıl yatağı üzrə hasilatın və emal prosesinin qurulması və sənaye istismarına başlanılacaq, Balakən rayonunda Filizçay polimetal yatağının TİƏ sənədinin hazırlanması və bunun əsasında tikinti işlərinin aparılması üçün qərar veriləcək və eləcə də “R.V. Investment Group Services, LLC” və onun əməliyyat şirkəti tərəfindən Ağdərə rayonunda Dəmirli mədən-filiz yatağının istismarının davam etdirilməsinin dəstəklənməsi həyata keçiriləcək.

Kimlərin işlə təmin olunmasına gəldikdə isə, texniki işçilər ilə yanaşı, ixtisaslı kadrlar üçün də vakansiyaların elan olunacağı gözlənilir. Xüsusən də mühəndislər, geoloqlar, mədən ölçməçiləri (geodezistlər) və əmək təhlükəsizliyi mütəxəssisləri üçün daha çox iş yerləri yaradılacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Sentyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri