Onun üçün kosmosa 100 dən çox halal yemək göndərdilər Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çin “Tiangong” kosmik stansiyasına göndərdiyi ilk xarici astronavt olan pakistanlı Məhəmməd Zeşan Əli üçün 100-dən çox təamdan ibarət xüsusi halal menyu hazırlayıb.
“Qafqazinfo” xəbər evrir ki, Çin dövlət televiziyasının məlumatına görə, bütün qidalar halal istehsal standartlarına tam uyğun şəkildə emal olunub.
Astronavtın qidalanma ehtiyacları və zövqü nəzərə alınaraq tərtib edilən menyuya Pakistan mətbəxinin ənənəvi yeməkləri - mal ətindən nihari, quzu korması, karrili noxud və yağlı toyuq daxil edilib. Bundan əlavə, kosmos şəraitində asan həzm olunan qidalar və xüsusi ədviyyatlar da seçilib.
Pakistanlı astronavt missiyadan əvvəl fərdi təlim proqramı keçib. O, Çin və ingilis dilləri üzrə hazırlıq görməklə yanaşı, klassik Çin poeziyası üzrə də dərslər alıb.
Qeyd edək ki, “Shenzhou-24” kosmik gəmisi ilə orbitə yollanan Məhəmməd Zeşan Əli iki çinli həmkarı ilə birlikdə üç nəfərlik heyətin tərkibində “Tiangong” stansiyasına daxil olan ilk xarici astronavt kimi tarixə düşüb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 27 Noyabr 2026 05:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















