Icma.az
close
up
RU
5 ulduzlu hotellər qiymətləri şişirdir? Ekspert real mənzərəni açıqladı + QİYMƏT SİYAHISI

5 ulduzlu hotellər qiymətləri şişirdir? Ekspert real mənzərəni açıqladı + QİYMƏT SİYAHISI

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

"Qiymətlər 5 ulduzlu hotellər və seçim azlığından dolayı baha görünə bilər. Lakin müəyyən bölgələrimiz var ki digər bahalı bölgələrə nisbətən daha əlverişli qiymətlər əldə etmək olur".

Bu sözləri Yenisabah.az-a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib. O, bildirib ki, turistlərin ən çox səfər etdiyi Qəbələ, Şamaxı, Quba və Qusar kimi bölgələrdə qiymətlərin yüksək olması, əsasən, rəqabət mühitinin zəifliyi və qalmaq üçün nəzərdə tutulan məkanların azlığı ilə bağlıdır.

“Bayram günlərində xarici və yerli turistlərin qiymətlərlə bağlı şikayətlərini sıx eşidirik.  Turistlərin getdiyi ənənəvi bölgələr var ki, istər Qəbələ olsun, istər Şamaxı, villaların çox baha olduğunu qeyd edirlər. Mən deyərdim ki ənənəvi turistlərin getdiyi bölgələr Quba, Qusar bölgələri bizim yerli vətəndaşlar üçün bahadır. Turistlərə baha gələn bu qiymətlərin kökündə duran səbəb isə rəqabət mühitinin nisbətən az olması və qalmaq üçün nəzərdə tutular yerlərin yetərincə olmamasından qaynaqlanır. Həm də mövsüm zamanı, bayram günlərində tələbatın birdən-birə kəskin artması təbii olaraq qiymətlərində qalxmasına səbəb olur. Lakin müqayisəli götürdükdə mən bu qiymətləri elə də baha hesab etmirəm".

Ekspert qeyd edib ki, qiymətlərin baha görünməsi 5 ulduzlu hotellərin və seçim azlığının nəticəsidir:

 "Qiymətlər 5 ulduzlu hotellər və seçim azlığından dolayı baha görünə bilər. Lakin müəyyən bölgələrimiz var ki digər bahalı bölgələrə nisbətən daha əlverişli qiymətlər əldə etmək olur. Yenə də yaxşı haldır ki, son illərdə kiçik yaşayış evləri, binalar, villalar turizm sahəsinə daxil olur, bu da turistlər üçün bir çox imkanlar yaradır.  Regionlara gedərkən əvvəllər sadəcə 1-2 otel var idisə, indi onlarla kənd evi, villalar da təklif olunur. Müqayisə olaraq bildirmək istəyərdim ki, builki qiymətlər keçən ilki qiymətlərdən baha deyil və bəzi hallarda daha əlverişlidir. Şimal istiqamətində yerləşən bölgələrdə qiymətlər bir qədər baha olsa da, cənub istaqəmətindəki bölgələrdə qiymətlər nisbətən daha əlverişlidir. Gəncə istiqamətində sürətli qatar yolu istifadəyə verildiyi müddətdən bəri Gəncədəki otel, restoran qiymətləri artıq daha əlverişlidir.”

Qeyd edək ki, bu il bölgələrdəki hotellərdə 2 nəfərlik bir gecəlik rezervasiya üçün qiymətlər belədir:

Quba Palace – 395 Azn

Mountain Breeze – 165- 250 Azn

Marxal – 190 Azn

Sheki park – 100 Azn

Shamakhi Palace – 238 Azn

Göyqurşağı – 70 Azn

Qafqaz Riverside – 298 Azn

Qafqaz Tufandağ – 389 Azn

Nohurgöl – 180 Azn

Shabran – 190 Azn

Qalaaltı – 210 Azn

İlisu – 80 Azn

Hilltop Heaven – 100 Azn

Lənkəran Springs – 260 Azn

Rəvan Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 İyun 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri