Icma.az
close
up
RU
Taksilərdə qiymət artımı ola bilər EKSPERT

Taksilərdə qiymət artımı ola bilər EKSPERT

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxt ərazisində inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 olaraq müəyyən edilib. Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb.

Belə ki, yeni limitin tətbiqi ilə paytaxtda taksi xidmətlərinin tənzimlənməsi, küçələrdə nəqliyyat sıxlığının azaldılması və ictimai nəqliyyata keçidin təşviq edilməsi hədəflənir.

Bununla belə, ictimaiyyət arasında nəzərdə tutulan sayın paytaxtın real tələbatını qarşılayıb-qarşılamayacağına dair suallar yaranıb. Maraqlıdır, bu kontekstdə yeni limitin tətbiqi qiymətlərə, xidmət keyfiyyətinə və ümumi mobilliyə necə təsir göstərə bilər?

Modern.az-a açıqlamasında hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib ki, bu məsələlər barədə indidən konkret proqnoz vermək kifayət qədər çətindir:

“Məsələ ondan ibarətdir ki, 25 minlik taksi kvotasını müəyyənləşdirən dövlət qurumları yəqin ki, hansısa hesablamalara əsaslanıblar. Maraqlı olan da odur ki, özləri də bildirirlər ki, bu kvotanın tətbiqində əsas hədəflərdən biri də ictimai nəqliyyata marağın artırılmasıdır.

Yəni, kvota tətbiq etməklə insanları daha çox ictimai nəqliyyatdan istifadə etməyə təşviq etməyə çalışırlar. Əslində bu, başa düşüləndir. Lakin bu məqsədə çatmaq üçün ictimai nəqliyyat sistemi ona adekvat səviyyədə olmalıdır”.

Ekspertin fikrincə, ictimai nəqliyyat yetərli, dayanıqlı və stabil şəkildə inkişaf etməsə, eləcə də xidmətlərin keyfiyyəti yüksəlməsə, habelə əlçatanlıq və rahatlıq artmasa, kvota sisteminin uğurla tətbiqi çətin olacaq:

“Proqnozum ondan ibarətdir ki, bu kvotanın nəzərdə tutulduğu səviyyədə tətbiqi ən tez bir ildən, bəlkə də iki ildən sonra mümkün ola bilər.

Çünki indiki mərhələdə 34 mindən çox minik avtomobilinə taksi fəaliyyəti üçün buraxılış kartı verilib. Bu isə kvotadan xeyli artıqdır. Üstəlik, heç kimin buraxılış kartını geri almaq mexanizmi yoxdur və qanunvericilik buna imkan vermir”.

O həmçinin vurğulayıb ki, bu sahədə azalma yalnız zamanla baş verə bilər:

“Avtomobillər köhnəldikcə və bəzi sürücülər fəaliyyətlərini dayandırdıqca, sözügedən istiqamətdə müəyyən bir azalma müşahidə oluna bilər.

Amma yenə də dediyim kimi, gələcək perspektivlər birbaşa olaraq mobilliyin alternativ formalarının, yəni ictimai nəqliyyatın, mikromobilliyin və digər həllərin əlçatanlığı ilə bağlıdır”.

Ekspert bildirib ki, əgər ictimai nəqliyyat və mikromobillik indiki səviyyədə qalarsa, bu zaman bir neçə arzuolunmaz nəticə ortaya çıxa bilər:

“Birincisi taksi xidmətlərinin qiyməti arta bilər. Say məhdudlaşırsa, amma tələbat yüksək qalırsa, bazar prinsiplərinə uyğun olaraq qiymət artımı qaçılmazdır.

İkincisi əgər taksi sayı azaldılır, amma ictimai nəqliyyat kifayət qədər inkişaf etməyirsə, insanlar fərdi avtomobil almağa yönələcəklər. Bu isə şəhərdə fərdi avtomobil sıxlığını, tıxacların həcmini artıracaq.

Üçüncüsü isə kvota tətbiq olunur və bundan artıq yeni icazə verilmir. Bu zaman qeyri-rəsmi, yəni qanunsuz taksi fəaliyyəti artmağa başlaya bilər. Bu da təhlükəli bir tendensiyadır.

Bütün bunlar nəzərə alınmalıdır. Yəni, tədrici şəkildə ictimai nəqliyyat inkişaf etməli, keyfiyyəti yüksəlməli, əlçatanlığı artırılmalıdır. İnsanların təbii şəkildə taksi xidmətlərinə ehtiyacı azaldıqca, kvota sistemi də heç bir ciddi fəsad yaratmadan tətbiq oluna bilər”.

Ə.Hüseynov onu da nəzərə çatdırıb ki, bu sahədə konkret və dəqiq proqnoz verməyin çətin olmasına səbəb təkcə taksi fəaliyyəti ilə bağlı deyil, ümumi nəqliyyat sisteminin inkişafı ilə sıx bağlıdır. Onun sözlərinə görə, bunu isə gələcək göstərəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri