Icma.az
close
up
RU
5 uşağa keçi payı: Naxçıvanda sosial yardım əvəzinə edilən təklif

5 uşağa keçi payı: Naxçıvanda sosial yardım əvəzinə edilən təklif

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yaşayan Mehri Gülmalıyeva redaksiyamıza müraciət edərək, illərdir 5 uşaq anası olmasına baxmayaraq, nə dövlət tərəfindən uşaq pulu, nə də sosial yardım ala bilmədiyini bildirib. Onun sözlərinə görə, bu müddət ərzində dəfələrlə yerli qurumlara müraciət etsə də, heç bir nəticə əldə etməyib.

Vətəndaşın “Yeni Sabah” redaksiyasına müraciətində bildirilir ki, sosial müdafiə və icra hakimiyyəti orqanlarından ona verilən cavablar nə qanunla, nə də insanlıqla uzlaşır:

"Mən Gülmalıyeva Mehri Naxçıvanda yaşayıram. 5 uşağım var. Dövlət tərəfindən heç bir yardım göstərilməyib. Aidiyyəti orqanlara müraciət etmişəm, deyirlər sizə heç nə düşmür. Dedilər keçi verək. Mən 5 uşağıma keçiyə necə baxım? Balaca uşağımın 2 yaşı var heç yerdə işləməyim mümkün deyil yoldasim fəhlədir”. pizza sifarişi

Mehri xanım əlavə edir ki, o, sadəcə hüququ olan yardımı almaq istəyir:

“Bilmək istəyirəm, həqiqətən də uşaq pulu və ya sosial yardım düşür, ya yox? Uşaqlarımın biri 1 yaşındadır, ailədə gəlirimiz yox səviyyəsindədir. Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm.”

Mehri Gülmalıyevanın sözlərinə görə, Culfa Rayon Sosial Müdafiə Mərkəzi və rayon İcra Hakimiyyəti ona açıq şəkildə bildiriblər ki, uşaq pulu yalnız 6 və daha artıq uşağı olan ailələrə verilir:

“Dedilər, 6 uşağın olmalıdır, ancaq onda yardım düşür. Məmurlardan artıq əlimi üzmüşəm. Neçə ildir qapı döyürəm, eşidən yoxdur. Nə edim, bilmirəm...”

Qeyd edək ki, “Sosial müavinətlər haqqında” qanuna əsasən, 5 və daha çox uşağı olan analar dövlət tərəfindən müəyyən müavinətlərlə təmin olunmalıdır. Mehriban xanımın bu iddiası, əgər həqiqəti əks etdirirsə, müvafiq qurumların vəzifə səhlənkarlığı və qanunun pozulması deməkdir.

Hazırda vətəndaş Mehri Gülmalıyevanın hüquqlarının bərpa olunması üçün Ombudsman Aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Medianın diqqətinə ehtiyac var.

Qarşı tərəfin – Culfa Rayon Sosial Müdafiə Mərkəzinin və Culfa Rayon İcra Hakimiyyətinin mövqeyini işıqlandırmağa hazırıq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyul 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri