Icma.az
close
up
RU
​Donbas əvəzinə NATO üzvlüyü Kiyevə edilən yeni təklif ciddidirmi?

​Donbas əvəzinə NATO üzvlüyü Kiyevə edilən yeni təklif ciddidirmi?

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Son günlər Ukraynaya Donbası Rusiyaya təhvil vermək əvəzində NATO üzvlüyü təklif edildiyi barədə müxtəlif mənbələrə istinadla məlumatlar yayılır. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski də ona amerikalı danışıqçılar tərəfindən bu mövzuda sual verildiyini etiraf edib.

“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal" öz mənbələrinə istinadla yaydığı məlumatda Ukraynaya belə bir təklifin edildiyini təsdiqləyib. Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner son bir neçə ay ərzində qapalı sülh danışıqlarında Donbasın Rusiyaya verilməsi müqabilində Ukraynaya NATO üzvlüyünün verilməsi ideyasını müzakirə edib.

Nəşr qeyd edir ki, bu variant əvvəllər qeyri-mümkün hesab olunurdu və ötən ilin əvvəlində Tramp özü Ukraynanın NATO-ya qoşulmasını istisna edərək, bunu Rusiya üçün qəbuledilməz adlandırmışdı. Lakin danışıqlara yaxın mənbələrə görə, bu ideya son aylarda Cared Kuşner və Stiv Uitkoff ilə Avropa rəsmiləri arasında aparılan söhbətlərdə dəfələrlə qaldırılıb.

Xüsusilə, ötən həftə Dublində Kuşner bu ehtimalı Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa ölkələrinin nümayəndələri ilə müzakirə edib. Məsələ ötən həftə Birləşmiş Ərəb Əmirliklərində ən azı bir görüşdə də qaldırılıb və Kuşnerlə Uitkoff Ukrayna, Avropa və Rusiyanın nümayəndələri ilə bu mövzuda danışıqlar aparıblar. Avropa liderlərindən biri qeyd edib ki, bu ideya avqust ayında da telefon danışığı zamanı müzakirə olunub.

Nəşrin mənbələrinə görə, Amerika tərəfi iki mümkün ssenari təklif edib: "Birincisinə görə, Ukrayna NATO-ya tam üzvlük müqabilində Donbasdakı ərazilər üzərində nəzarətdən imtina edəcək. İkinci ideya cəbhə xətti boyunca münaqişəni dondurmaq, Donbasın bir hissəsinin Ukraynanın nəzarəti altında qalması və həmçinin Ukraynaya Rusiyanın gələcək hücumundan qorunmaq üçün təhlükəsizlik zəmanətləri vermək idi. Bu zəmanətlər ABŞ və ehtimal ki, Avropa müttəfiqlərinin iştirak etdiyi beynəlxalq müqavilədə təsbit edilə bilər".

Amerikalı rəsminin sözlərinə görə, danışıqçılar müxtəlif variantları müzakirə edirlər, lakin yekun razılaşma üçün həm Ukraynanın, həm də Rusiyanın razılığı tələb olunacaq.

Nəşrin qeyd etdiyi kimi, Ukraynanın NATO-ya mümkün daxil olması ilə bağlı bu cür müzakirələr Vaşinqtonun Rusiya ilə Ukrayna arasındakı danışıqlardakı dalandan çıxmaq üçün haraya qədər getməyə hazır olduğunu göstərir. Hansı ki, daha əvvəl həm Tramp administrasiyası, həm də əvvəlki ABŞ administrasiyaları Ukraynanın NATO üzvlüyünə qarşı çıxırdılar, çünki belə bir addımın Qərbi Moskva ilə birbaşa qarşıdurmaya cəlb edə biləcəyindən ehtiyat edirdilər.

Eyni zamanda, Amerika vasitəçilərinin bu ideyanı nə dərəcədə ciddi şəkildə nəzərdən keçirdiyi və Trampın Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyini dəyişib-dəyişmədiyi hələ də məlum deyil.

O da məlumdur ki, ötən həftə Əbu-Dabidə keçirilən görüşdə Rusiya tərəfi Ukraynanın NATO-ya qoşulmaq istəklərindən əl çəkməsini açıq şəkildə tələb edib. Mediaya sızdırılan sənəddə Moskva Ukraynanın NATO üzvlüyü istəkləri ilə bağlı müddəaları öz konstitusiyasından çıxarmasını istəyir. Rusiya həmçinin alyansın Ukrayna ərazisində qoşun və ya hərbi texnika yerləşdirməmək öhdəliyini götürməsində israr edir və Qərbin Kiyevə silah tədarükünün dayandırılmasını tələb edir.

Daha bir məqam odur ki, heç də bütün NATO üzvləri Ukraynanı bu təşkilatda görmək istəmir. Hətta Kiyevə ən böyük maliyyə və hərbi dəstək verən Almaniya belə buna qarşıdır.

Bütün bunların fonunda Trampın elçilərinin “Donbas əvəzinə NATO üzvlüyü” təklifi (əgər belə bir təklif olubsa) kifayət qədər qeyri-real və mümkünsüz görünür.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri