Icma.az
close
up
RU
5:0 hesabıyla qalib gəlsək də, səhvlərimiz çox oldu

5:0 hesabıyla qalib gəlsək də, səhvlərimiz çox oldu

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ" Misli premyer-liqasının evdə keçirilən 22-ci tur matçında "Səbail"i böyük hesabla məğlub etdi - 5:0.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Futbolçularımı vacib qələbə münasibətilə təbrik edirəm. Qarşımızda çox ciddi müdafiə olunan kollektiv var idi. İlk qoldan sonra hadisələrin axarı dəyişdi və boşluqlar yarandı. Rəqib risk etdi. Belədə fürsətlərdən maksimum istifadə edib qollar vurduq. “Səbail”ə və Cavid Hüseynova uğurlar arzulayıram.
- 76-cı dəqiqəyə qədər qol vura bilməməyinizin səbəbini nədə görürsüz?
- "Səbail" çox fəal və düzgün müdafiə olundu. Belə müdafiə xəttini qırmaq çox çətin olur. Rəqibin 70 dəqiqə ərzində belə möhkəm qorunması onu göstərir ki, intizamlı komandadı. Hər rəqibə ciddi yanaşmalıyıq. Bizi qarşıda belə matçlar gözləyir.
- Almeydanın ayrılığı öz istəyiylə baş tutdu?
- Bizim üçün gözlənilməz oldu. İki gün əvvəl hədəfləri haqda danışdıq. Dünən qərarını qətiləşdirdi və ölkəsinə - sabiq komandasına qayıtmaq istədi. Daha çox forma şansı qazanmaq istəyir. Həmişə belə qərarlara hörmətlə yanaşmışıq. Təki Riçard və ailəsi üçün hər şey yaxşı olsun. Burda özünü rahat hiss edirdi. Yəqin ki, karyerasını öz ölkəsində başa vurmaq istəyir. Kollektiv olaraq ona uğurlar arzuladıq. Riçard hər zaman "Qarabağ"ın vacib fiqurlarından olub.
- Kadi Borgesin komandaya qayıdışı futbolçularda hansı hissi yaradıb?
- İnşallah, yaxşı təsir edər. Belə dəyişikliklərə hər zaman hazır olmalıyıq. Kadi üçün uyğunlaşmaq çətin olmayacaq. Öz komandasına qayıdıb. Sadəcə, bir az formasından uzaqdı. Daha fəal və hərəkətli Kadi istəyirəm. Böyük ehtimalla, bir aya onu əvvəlki formasına qaytaracağıq. Komanda və azarkeşlər tərəfindən sevilən, hamının hörmətlə yanaşdığı futbolçunun “Qarabağ”a qayıtması müsbət haldı. O burda öz sevimli peşəsiylə məşğul olacaq.
- Kaşuk ideal formasından uzaq görünür. Hətta qış fasiləsi belə çıxışına müsbət təsir etməyib. Onun performansını necə dəyərləndirirsiz?
- Bəli, bəzi matçlarda zəif təsir bağışlayır. Amma gəlişindən sonra xeyli irəliləyib. Müsbət dəyişikliklər var. Belə futbolçunun bir il ərzində komandayla məşq edə bilməməsi ciddi vaxt itkisidi. Onun “Qarabağ”dakı faydalı iş əmsalı aşağı deyil. Həm qollarla, həm də məshuldar ötürmələrlə fərqlənir. Təbii ki, daha fəal olmalıdı. Amma potensialına bələd olduğuna görə rəqiblərin ona xüsusi diqqət ayırdığını da nəzərə almalıyıq. Baş məşqçilər futbolçularına Kaşukla mübarizəyə daha məsuliyyətli yanaşmağı tapşırır. Bu gün ikinci hissənin əvvəlindən daha fəal oynamağa başladı. Ondan razıyam. Komandanın vacib oyunçularından biridi. Qarşıdakı oyunlarda “Qarabağ”a daha böyük faydası olacaq.
- “Neftçi” son oyunlarda müsbət nəticələr əldə edir. Qarşıdan Azərbaycan derbisi gəlir. Bu matç haqda nə düşünürsüz?
- “Neftçi” bəzi oyunlarda məğlub olmalı deyildi. Göstərdiyi performansa görə daha yaxşı nəticələr qazana bilərdilər. Biz Azərbaycan derbisinə hazırlaşanda əvvəlki oyunların nəticəsinə baxmırıq. “Qarabağ”la “Neftçi”nin oyunları böyük derbidi. Komandaların vəziyyətindən asılı olmayaraq matça çox ciddi hazırlaşmalıyıq. Bilirəm ki, “Neftçi” belə edir. Bu komandaya qarşı oynamaq həmişə futbolçularım üçün xoş olub. İnanıram ki, futbolsevərlər üçün baxımlı oyun göstərə biləcəyik.
- “Zirə”yə uduzduqdan sonra demişdiz ki, çatışmazlıqlar var, səhvlər çoxdu, amma qayıdacağıq. Bu gün “Qarabağ” qayıtdı? Yoxsa hələ də həmin qüsurları görürsüz?
- Qüsurlar həmişə var. Bu gün 5:0 hesabıyla qalib gəlsək də, səhvlərimiz çox oldu. Futbol sürətlə dəyişir. İnanın ki, hələ çempionatımıza uyğunlaşa bilmirəm. Rəqiblərimiz çox fərqli rejimdə çalışır. Məsələn, “Səbail”in həm müdafiə olunması, həm də hücum cəhdləri bizim üçün ciddi çətinlik yaradır. Düzdü, başımız avrokuboklara qarışmışdı, çempionatı analiz etməyə çox vaxt olmadı. Onu deyə bilərəm ki, premyer-liqaya tam hazır deyiləm. Hər məşqçi hər oyunda sürpriz yaradır. Komandalar ildən-ilə fərqli oyun tərzinə yiyələnir. Məşqçilər oyunları çox diqqətlə analiz edir, lazımi nəticələr çıxarmağı bacarır. Bizim üçün oyun qurmaq, rəqibə təzyiq etmək asan deyil. Bəzi matçlarda gözləmədiyimiz hallar ortaya çıxır ki, hər şey futbolçuların fərdi ustalığından asılı olur.
- Kadi Borgesə meydanda yer tapmısız?
- Elə oyunçular var ki, onlara meydanda həmişə yer tapılır. Benzya, Kadi kimi futbolçuların qabiliyyəti mənə rahatlıq verir. Rotasiya etmək lazım gələndə belə oyunçulardan istifadə edə bilirəm. Güvəndiyim futbolçuların hazırlıq səviyyəsi çox vacibdi. Gələcəkdə heyəti formalaşdırmaq üçün bəzi dəyişikliklər olacaq.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Fevral 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri