Icma.az
close
up
RU
50 manat idi, indi 200 manatdan bahadır Qiymətlər niyə artır?

50 manat idi, indi 200 manatdan bahadır Qiymətlər niyə artır?

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, qarşıdan Novruz bayramı gəlir. Hər il bayrama yaxın günlərdə şəhər sakinlərinin əksəriyyəti istirahət üçün rayonlara üz tutur. Bu isə bölgələrdə kirayə evlərin qiymətinə ciddi təsir göstərir. 

Bəs bu qiymət artımı hansı səbəblərdən qaynaqlanır?

Mövzu ilə bağlı Ölkə.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekpert Vüqar Oruc bildirib ki, təkcə bayramlar öncəsi yox, eyni zamanda həftə sonlarında qiymətlər adi günlərdən fərqlənir:

"Belə ki, müxtəlif ictimai iaşə obyektlərinin, istirahət məkanlarının, kotejlərin, hotellərin və s. qiymətləri adi iş günlərində bir qiymətədirsə, digər günlərdə 25-30 faiz yüksək qiymətə təklif olunur. Bu da onunla bağlıdır ki, bu günlərdə müraciət edənlərin sayı artır. Həm də sözügedən müəssisələr daha çox gəlir əldə etmək üçün məhz həmin günlərdə mövcud olan rəqabətdən sui-istifadə edirlər. Qiymətlərin dəyişməsi əsasən onunla bağlıdır. Yerlərin məhdudluğu və tələbatın yüksəkliyi ilə əlaqələndirilir.

Bayramlar öncəsi də təbii ki, qiymətlər yüksəlir. İstər yeni təqvim ilinin qarşılanması dövrü olsun, istərsə də Novruz bayramı olsun ümumiyyətlə, təqvimdə ardıcıl istirahət günlərinin mövcud olduğu bayramlarda qiymətlər qalxır.

Bu qiymətlərin artımı istər-istəməz vətəndaşlarımızın kirayə evlərə üz tutmasına səbəb olur və qiymətlər də bu baxımdan yüksəlir. Normal günlərdən fərqli olaraq rayonlarda kirayə qiymətlərinin təqribən 20 -25 faiz daha yüksək olduğunu görə bilirik. Bir neçə il öncə rayon yerlərində 30-40 manata, bəzi hallarda 50 manata gündəlik evlər təqdim olunurdu. Amma bu qiymətlər hazırda bir neçə dəfə artıb.

Bayramlarda təkcə xidmət sahələrində qiymətlər artmır, istehlak istiqamətində də yəni gündəlik tələbat mallarından tutmuş, qeyri-ərzaq və ərzaq mallarına qədər qiymətlərin artımının şahidi oluruq".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Mart 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri