Ələtdə torpaq 50 faiz bahalaşıb Qiymətlər niyə artır?
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ələtdə torpağa maraq son illərdə ciddi şəkildə artıb. Bunun əsas səbəbləri ərazinin liman, Ələt Azad İqtisadi Zonası və mühüm nəqliyyat dəhlizlərinə yaxınlığıdır.
Milli.Az-ın araşdırmasına görə, 2022-ci ildə Ələtin Kötəl massivində 6 sot torpaq 12 min manata, yəni sotuna 2 min manata təklif olunub. 2023-cü ildə 7 sot torpaq 17 min manata - sotuna 2 428 manata satışa çıxarılıb.
2025-ci ildə isə Ələtin Şıxlar massivində 5 sot torpaq 11 min manata, yəni 2 200 manat/sot qiymətinə təklif edilib. 2026-cı ildə isə limana və Ələt Azad İqtisadi Zonasına yaxın 5 sot torpaq üçün 15 min manat, yəni 3 000 manat/sot tələb olunur.
Beləliklə, müqayisə etdiyimiz elanlarda 2022-ci ildən 2026-cı ilə qədər bir sotun qiyməti 2 000 manatdan 3 000 manata yüksəlib. Bu, 50 faiz artım deməkdir.
Amma Ələtdə qiymətlər eyni deyil. Böyük sahələrdə bir sotun qiyməti daha aşağı ola bilər. Məsələn, 2026-cı ildə 123 sot torpaq 70 min manata, 520 sot isə 320 min manata təklif edilib. Bu sahələrdə bir sotun qiyməti müvafiq olaraq 569 və 615 manat təşkil edir.
Qiymət fərqinin əsas səbəbləri torpağın yerləşdiyi ərazi, sənədləri, təyinatı, yola çıxışı və limanla Ələt Azad İqtisadi Zonasına yaxınlığıdır.
Ələtin üstünlüyü isə ondadır ki, ərazi artıq yalnız yaşayış məntəqəsi kimi deyil, logistika, sənaye və biznes mərkəzi kimi inkişaf edir. Bu da torpağı investorlar üçün daha cəlbedici edir. Əgər ərazidə logistika və sənaye layihələri genişlənərsə, xüsusilə əsas yollara, limana və iqtisadi zonaya yaxın torpaqlara tələbin daha da artması mümkündür.
Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Oktyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















