Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Kartof, soğan, ət: Qiymətlər niyə belə bahadır?

Kartof, soğan, ət: Qiymətlər niyə belə bahadır?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ölkədə kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşır. 

Əhalinin ən çox istehlak etdiyi məhsullardan biri kimi kartof hazırda paytaxtda baha satılan məhsullardan biridir. Hazırda 1 kiloqram kartofun qiyməti 1,70-2 manat, hətta təzə kartofun qiyməti 4-5 manat arasında dəyişir. İqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki, Gürcüstanda kənd təsərrüfatı məhsullarının qiyməti belədir: 

•    Kartof - 1kq 1.27 GEL (0.50 sent) = 0.85 AZN 
•    Soğan - 1 kq 2.40 GEL (0.95 sent) = 1.62 AZN 
•    Pomidor 1 kq 2.31 GEL (0.91 sent) = 1.60 AZN 
•    Xiyar 1 kq 10.78 GEL (4.25 dollar) = 7.10 AZN 
•    1 kq mal əti 14.59 GEL (5.76 dollar) = 9.80 AZN 
•    1 kq toyuq əti 2.96 GEL (1.17 dollar) = 1.98 AZN 

O qeyd edib ki, bu qiymətlər 2025-ci ilin mart ayına olan qiymətlərdir: 

“Siyahını artırmaq olar. Maraqlıdır ki, Ermənistanda da kənd təsərrüfatı məhsulları Gürcüstandan ucuzdur. Yalnlz 1 kq xiyar region ölkələrində ən ucuz Azərbaycandadır. Eyni zamanda, Gürcüstan Azərbaycanı yaz tarla səpin mövsümündə kartof sortu ilə təmin edən əsas təminatçıdır. Mal, qoyun əti idxalında da ən çox Gürcüstandan məhsul alırıq”. 

Niyə adıçəkilən kənd təsərrüfatı məhsulları Azərbaycanda da istehsal olunmasına baxmayaraq, qiymətlər bahadır? İqtisadçı-eskpert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşmasının birinci səbəbi məhsulun maya dəyərinin yüksək olmasıdır: 

“İlk növbədə gübrələrin, dizel yanacağının qiyməti, həmçinin istixanalar üçün nəzərdə tutulan təbii qazla bağlı tətbiq edilən tariflər çox yüksəkdir. Nəticə etibarilə də kənd təsərrüfatı məhsullarının istehsalı zamanı maya dəyəri kifayət qədər yüksək olur. Məsələn, Gürcüstanla bağlı apardığımız araşdırmalardan görürük ki, orada istixanalar üçün təcrübə təminatı ilə bağlı xüsusi güzəşt limitləri tətbiq olunur. Azərbaycanda 1 hektar buğda sahəsinin şumlanması üçün 60 manat subsidiya verilir. Ancaq bu Gürcüstanda 200 dollar, yəni 340 manatdır. Digər bir tərəfdən aqrar sektor inkişaf edən ölkələrdə bu sektora ayrılan kreditlərin faiz dərəcələri demək olar ki, simvolikdir. 

Məsələn, Gürcüstanda aqrar sektorun inkişafı üzrə biznes planı olan fermerlərə illik 2-2,5 faizlə kredit ayrılır. Bu, birbaşa aqrar sektor üçün nəzərdə tutulmuş kreditlərdir. Bütün bu səbəblər, nəticə etibarilə də fermerin yükünü azaldır. Yükü azalan fermer üçün də maya dəyəri daha aşağı başa gəlir. Həm aqrar sektor inkişaf edir, həm də daxili bazara bu məhsulları aşağı qiymətə asanlıqla təqdim edə bilirlər. 

Azərbaycanda bu qeyd etdiklərimizin heç biri yoxdur. Məhsulun maya dəyəri artır, məhsullar bazara məcburi olaraq baha çıxarılır. Digər tərəfdən, Azərbaycanda strateji ərzaq məhsulları üzrə əkin sahələrinin həcmində 2020-ci ildən 2024-cü ilə qədər 37 faizə qədər azalma var. Daha çox yonca, buğda, pambıqçılıq sahələri ayrılmağa başlanıb. Strateji ərzaq məhsullarının əkini ilə bağlı həm təşviqetmə proqramları doğru-düzgün işləmir, həm təminat, həm maarifləndirmə, eyni zamanda dövlət dəstəyi kifayət qədər olmadığına görə insanlar bu məhsulların yetişdirilməsində maraqlı olmurlar”. 

Ekspertin sözlərinə görə, kənd təsərrüfatı məhsullarının xüsusilə Bakıda baha qiymətə olmasının başqa bir neçə səbəbi var: 

“Birinci səbəb monopoliyadır. Bakıda küçə ticarəti, “kolxoz bazarları” anlayışı artıq sıradan çıxıb. Kənd təsərrüfatı məhsulları iri market şəbəkələrində daha çox satılır. İri market şəbəkələrindəki kənd təsərrüfatı məhsullarına diqqət yetirdikdə görürük ki, daha çox xaricdən gətirilən məhsullara üstünlük verilir. Yaxud bir neçə məlum ünvanlardan götürülən məhsullardır. 

Azərbaycanda kartof istehsal olunsa belə, xarici ölkələrdən nisbətən ucuz qiymətə kartof gətirib iri supermarketlərdə satışa çıxarır və daha çox gəlir əldə edirlər. Bu da nəticə etibarilə yerli məhsulların həm bazara çıxşını çətinləşdirir, həm də onların gələcək üçün əkinə meyillənməsinin qarşısını alır. Başqa bir məqam ondan ibarətdir ki, logistik xərclər bahadır və kəndli məhsulu gətirib Bakıda özü sata bilmir. 

Bunun üçün heç bir şərait yoxdur. Məcburi şəkildə müəyyən edilmiş qiymətlər topdansatış tədarük məntəqələrinə verib geri qayıtmalıdır. Tədarük məntəqələrində də istənilən qiymət təyin edilir və o qiymət də eyni zamanda supermarketlərdə, bazarda müəyyən edilir. Bütün bunlar həm kənd təsərrüfatı məhsullarının baha olmasına, həm tədarükün ildən-ilə azalmasına gətirib çıxarır. Hesab edirəm ki, bu proses bir neçə ildən sonra daha da sürətlə gedəcək. Çox təəssüf ki, Azərbaycanın potensialının olmasına baxmayaraq, adi kənd təsərrüfatı, meyvə və tərəvəzlərdən belə asılı vəziyyətə düşür”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az

Açar sözlər: Kartof soğan ət

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Aprel 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see451

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see356

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see353

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see310

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see294

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see269

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see268

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see267

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see265

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see143

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see142

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see134

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see132

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see127

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see121

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see120

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see119

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri