Icma.az
close
up
RU
Universitet bufetlərində qiymətlər niyə bahadır?

Universitet bufetlərində qiymətlər niyə bahadır?

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Azərbaycanda bufetlərdəki yüksək qiymətlər zaman-zaman müzakirə mövzusuna çevrilir. Tələbələr bildirirlər ki, yeməklər bahalı olmaqla yanaşı porsiya baxımından da qaneedici deyil. Halbuki, qardaş Türkiyədə və bir çox digər ölkələrdə universitet yeməkxanalarında qiymətlər həm daha münasib, həm də daha doyumlu olur. Bəs bu məsələ necə tənzimlənməlidir?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Metbuat.az-a açıqlamasında bildirib ki, bizim təhsil müəssisələrində bufetlərin qiymət siyasəti çox zaman bazar şərtlərinə uyğunlaşdırılır, amma unudulur ki, buranın müştərisi adi vətəndaş deyil, şagird və tələbədir. Şagirdin cibində artıq pul olmur, tələbə də çox zaman valideynin göndərdiyi müəyyən məbləğlə dolanır. Belə halda təhsil müəssisəsində yemək ən əlçatan, ən keyfiyyətli və ən münasib qiymətə təqdim olunmalıdır:

“Məsələyə Türkiyə nümunəsi ilə baxanda görürük ki, orada universitet yeməkxanalarında dövlət subsidiyası tətbiq edilir. Hətta bəzi hallarda tələbə gündəlik yeməyi cəmi bir neçə lirəyə əldə edə bilir. Burada məqsəd biznes qurmaq deyil, tələbənin sosial rifahını qorumaqdır. Çünki doyunca yeməyən tələbədən nə yüksək dərs performansı gözləmək olar, nə də uzunmüddətli akademik nailiyyət. Başqa ölkələrdə də oxşar yanaşmanı görürük. Almaniyada “Mensa” adlanan universitet yeməkxanaları dövlət dəstəyi ilə işləyir və tələbələr üçün qiymətlər 2–4 avro civarında olur. Fransada dövlətin maliyyələşdirdiyi CROUS yeməkxanalarında tələbələr əsas yeməyi 1–3 avroya əldə edə bilirlər. Macarıstan və Polşada qiymətlər orta hesabla 1,5–3 avro arasındadır və dövlət ya birbaşa subsidiya, ya da güzəştli icarə mexanizmləri ilə qiymətləri aşağı saxlayır. Skandinaviya ölkələrində isə tələbələrə dövlət tərəfindən verilən qida kuponları və təhsil kreditləri hesabına münasib qiymətə, bəzən isə pulsuz yemək təmin olunur”.

Ekspertin fikrincə, bizdə bu məsələ kommersiya maraqlarına qurban gedir. Bufetlər icarəyə verilir, sahibkar da aldığı yüksək icarə haqqını çıxarmaq üçün qiymətləri artırır:

“Bu, sonda şagird və tələbənin çiyninə düşür. Halbuki dövlət müəssisələrində əsas prinsip təhsil alanın sosial vəziyyətini yüngülləşdirmək, ona əlçatan imkanlar yaratmaq olmalıdır. Əgər məktəbdə və ya universitetdə yeməkxana varsa, orada qiymətlərin minimum səviyyədə saxlanılması dövlətin üzərinə düşən məsuliyyətdir”.

Ə.Həsənlinin sözlərinə görə, təhsil müəssisələrinin bufetlərində qiymət siyasəti tənzimlənməlidir:

“Hökumət tərəfindən müəyyən limitlər və standartlar qoyula bilər ki, şagirdin alacağı sendviçin, çayın, əsas yeməyin üzərinə əlavə gəlir qoymaq yox, yalnız maya dəyəri və minimal xidmət haqqı nəzərə alınmalıdır. İkincisi, subsidiya mexanizmi tətbiq olunmalıdır. Xüsusilə aztəminatlı ailələrin övladlarına güzəştli və ya tam ödənişsiz yemək kuponları verilə bilər. Üçüncüsü, qida keyfiyyəti də ciddi nəzarət altında olmalıdır, çünki ucuzlaşdırmaq keyfiyyətin aşağı düşməsi demək olmamalıdır. Nəticə etibarilə, təhsilin keyfiyyəti sadəcə dərs proqramı ilə ölçülmür. Tələbə və şagirdin yeməyi, psixoloji vəziyyəti, sosial rifahı da təhsil sisteminin bir parçasıdır. Bufetlərdə qiymətlərin əlçatan olması dövlətin üzərinə düşən sosial öhdəlikdir və bu məsələni bazar prinsiplərinə buraxmaq olmaz”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri