Icma.az
close
up
RU
50 yaşdan sonra bu qidalardan İMTİNA EDİN

50 yaşdan sonra bu qidalardan İMTİNA EDİN

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rus endokrinoloqu Mariya Kaloşina 40-50 yaşdan sonra insanların qızardılmış yeməklər və yarımfabrikatlardan uzaq durmasını tövsiyə edib.

Qızardılmış yeməklərin qabığında xeyli miqdarda kanserogen maddələr olur. O qeyd edib ki, yaşlandıqca hüceyrələrdəki mutasiyaların artması səbəbindən onkoloji xəstəlik riski yüksəlir:

"Qızardılmış yeməklərin qabığında çoxlu kanserogenlər mövcuddur. Yaşlandıqca hüceyrələrdə mutasiyaların sayı artır və bu da onkoloji riskini yüksəldir. Həmçinin, yarımfabrikatların həddindən artıq istehlakı aterosklerozun inkişaf riskini artırır, bu isə infarkt və insultla nəticələnə bilər," - deyə həkim izah edib.

Endokrinoloqun sözlərinə görə, kəskin ədviyyatlı yeməklərdən də çəkinmək tövsiyə olunur, çünki yaşlandıqca dad reseptorlarının həssaslığı azalır. O, ədviyyatların həddindən artıq istehlakının mədə-bağırsaq traktının selikli qişasında iltihaba səbəb ola biləcəyini qeyd edib. Həddindən artıq duz qəbulu isə hipertoniya xəstəliyini ağırlaşdıra bilər ki, bu da yaşlı əhalinin yarısında müşahidə olunur.

Süddən də imtina etmək lazımdır. Yaşlandıqca süd şəkərlərini parçalayan laktaza fermenti azalır. Süd istehlakı ishala səbəb ola bilər. Bundan əlavə, tez həzm olunan karbohidratların həddindən artıq qəbulu çəki artımına, daha sonra isə şəkərli diabetə gətirib çıxaran metabolik sindromun inkişafına səbəb ola bilər./BAKU.WS 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Noyabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see394

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see191

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see114

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see109

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see109

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri