Icma.az
close
up
RU
Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq... FOTO

Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq... FOTO

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lent.az-ın müsahibi Əməkdar artist Vahid Əliyevdir.

- Vahid müəllim, xəstəxanadan bir neçə gündür çıxmısız, özünüzü necə hiss edirsiz?

- Pis deyiləm, şükür Allaha. Haradasa 2 ay yarım xəstəxanada yatdım. Bu müddətdə iki dəfə ölümdən qayıtdım. Biri aprelin 4-ü, biri də mayın 14-də. Bəlğəm boğurdu məni. Nəfəs ala bilmirdim. Axı, 2023-cü ildə açıq ürək əməliyyatı keçirmişəm. Bu il mart ayının əvvəlində qar yağanda çox soyuqladım. 

Televiziyada verilişə çağırılıram. Xəstəxanadan çıxan kimi zəng elədilər, dedim, həkim icazə vermir. Axı mən televiziyanı, teatrı yaxşı bilirəm. 1-ci sinifdən səhnədəyəm.

- Necə?

- Qonşumuz dram dərnəyinə gedirdi. Bir gün dedim, məni də apar. 1 həftə sonra məni kluba çağırdı. Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri səhnələşdirilirdi. O tamaşada oynadım və teatrla "xəstələndim" (gülür). Artıq 2-ci sinifdə məktəbdə teatr dərnəyi yaratdım. 6-cı sinifdə Yaşar Nuri ilə televiziyada uşaq verilişlərinin aparıcısı idim. Daha sonra radioya keçdim.

- İki aydan çox xəstəxanada qalmısız. Azərbaycan səhiyyəsini necə qiymətləndirirsiz?

- Azərbaycan səhiyyəsi dirçəlmək üzrədir. 10 il bundan əvvəl azərbaycanlılar müalicə üçün ya İrana, ya Türkiyəyə, ya da Almaniyaya gedirdilər. Lakin bu gün ağıllı cavan kadrlarımız var. Azərbaycan xalqı çox istedadlı xalqdır. Lakin nə fayda, bir-birimizin qədrini bilmirik. Nizami, Füzuli, Nəsimi, Sabir kimdə var? O "mənəm-mənəm" deyən Avropada var bunlar? Bizdə meyxana janrı olanda hələ Avropa repin nə olduğunu bilmirdi.

- Meyxanaya qulaq asırsız?

- Əlbəttə. Həm dinləyirəm, həm də yazıram. Mən bakılıyam. Bir dəfə bakılı olduğumu sınamaq üçün qafiyə verdilər. Necə cavab verdimsə, dedilər ki, Vahid, bizim daha sözümüz yoxdur. Mənim şeirlərimə mahnı yazılıb.

- Teatr fəaliyyəti necə gedir?

- Xəstələnənə qədər teatrda oynayırdım. Özü də çox nadir hallarda dublyorum olub. Aktyorlar deyirdilər ki, Vahid səhnədə elə şeylər edəcək ki, biz qalacağıq kənarda. Azərbaycan televiziyasında ilk reklama çəkilən aktyor mən olmuşam. Artıq hər şeyə çox adi baxıram. 46 yaşım olanda kliniki ölüm keçirmişəm.

- Nə gördüz, necə bir şey idi?

- Qaranlıq bir borunun içində uçurdum. Borunun digər tərəfində iynə ucu boyda işıq var idi. Kosmonavtlar kimi uçurdum. Lakin qulağım evdəki bütün səsləri eşidirdi. Sonradan ayıldım. Yoldaşıma dedim ki, Əliyeva, orada hər şey yaxşı idi, niyə məni qaytardız?

- Teatrdakı vəziyyət necədir?

- Xəstələnəndən sonra mənə dublyor verilməsini istədim artıq... 2023-cü ildə tamaşam var idi, 8-9 saat qalmış xəstəxanaya düşdüm. 

- Ümumi Azərbaycan teatrı ilə bağlı vəziyyət necədir?

- Azərbaycanda teatr yox dərəcəsindədir. Bəlkə, kimsə üçün var, amma mənə görə yoxdur. Axı mən nəhəng müəllimlər görmüşəm. Bu elə sahədir ki, gərək hər şeydən məlumatın olsun, ciddi mütaliə lazımdır. Mən tələbə vaxtı saatlarla kitab oxuyurdum, ingilis, fransız ədəbiyyatını mütaliə edirdim. Sonra keçdim fəlsəfəyə, daha sonra dinə...

- Sizə görə, din nədir?

- Oxuyandan sonra dindən uzaqlaşdım. Çünki özümə bir sual verdim: din nədir? - Din barbar insanları xof altında saxlamaq üçün düşünülmüş vasitədir. Sənin mollaların demir ki, Allahı sevirsənsə, günah etmə. Deyirlər ki, Allahdan qorx, günah işləmə. Bir dəfə yas məclisində idim. Mollaya dedim ki, bayaqdan adını çəkdiyiniz Allahı mənə göstərin. Üzüm talvarının altında oturmuşduq. Dedi, yuxarı bax, yarpaqlara. Orada ən yaşıl yarpaq necədir? Dedim, çox gözəl. Dedi, bax, harada gözəllik varsa, orada yaradanın siması var. Qalxıb mollanın alnından öpdüm, dedim, çox sağ ol, mən də belə fikirləşirdim.

- Azərbaycanda nəyi ciddi problem hesab edirsiz?

- Bizim ən böyük problemlərimizdən biri savadsızlığımızdır. Mütaliə etmirik. Açıb televiziyalara baxın. Guya komediya oynayırlar. Bu bədbəxt hələ bilmir ki, komediyanın hansı janrını oynayır. Sən bunu bilmədən, necə oynayırsan? Bizim cəmiyyət təbəqələrdən ibarətdir. Birinci kasıb təbəqə, ikinci orta, üçüncü isə ziyalı təbəqəsi sayılır. Orta təbəqə ziyalıları udub, öz gününə qoyub. 

- Kimdir bu orta təbəqə?

- Savadsız və öz cibini güdən adamlar. Bir dəfə metroda məndən soruşdular ki, Vahid müəllim, bu millət haqqında nə deyə bilərsən? Dedim, heç nə. Dedi, necə yəni, siz axı ziyalısız... Dedim, bir millətin ki, atalar sözü "Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli" ola, mən nə deyə bilərəm ki? Peyğəmbər deyib ki, çox millət çox şeyin düşkünüdür. Lakin mənim hümmətim bir var-dövlət, bir də qadın hərisidir.

- Neynəmək lazımdır?

- Ziyalı təbəqə ayağa qalxmalıdır. Bilirsiz, bu haçan baş verdi? 1988-ci ildə Qərbi Azərbaycandan, Qarabağdan axın oldu Bakıya. Gələnlərin hər biri öz psixologiyasını gətirdi şəhərə. Mən şəhər mühitini də, kəndi də görmüşəm. Qaçqınlar öz yerlərində o psixologiya ilə yaşayırdılar, lakin Bakıya gələndə başladılar özlərini təsdiq eləməyə.

Onlarda günah yox idi, evini, yurdunu qoyub gəlmişdi. Məcbur idi ki, özünə çörək qazansın. Əvvəla, gərək ziyalı orta təbəqənin səviyyəsinə enməsin. Bizim deputatlarımızın çoxu əyalət leksikonu ilə danışır. Özünü azca dərk edən insan baxıb deyir, budurmu mənim deputatım? Ziyalının danışdıq tərzi, duruşu çox önəmlidir. İnsanlar səndən örnək götürürlər.

- Siz özünüz də tez-tez televiziyalara çıxırsız. Televiziyaların şoulaşması, bayağı səviyyəyə gəlir... Bununla bağlı fikir bildirmisiz?

-  Mən ARB-yə baxıram arada. Qız hava haqqında veriliş aparır. Danışa bilmir. Nəvəm ondan təmiz danışır. Sən 1970-ci illərdə televiziyaya çıxa bilərdin? Yox. Amma indi açıq qapıdır. Uşaq onlardan nə götürəcək? Bizim bir Xalq Artistimiz var - Röya Ayxan. Hansı səviyyənin adamıdır? Ataların bir sözü var, atan soğan, anan sarımsaq, sən haradan gülməşəkər oldun? Röya bizim dəyərli sənətkarımız Ayaz Salayevə hörmətsizlik etdi. Sən nə vaxt sənətkar oldun?

- Müasirləşən, Avropalaşan dünya ilə aranız necədir?

- "Tesla"nın qurucusu İlon Mask öz oğlundan imtina edib. Bilirsiz niyə?

- Bəli, cinsiyyətini dəyişmişdi.

- Bir gün Zaurun verilişində idim. Zaur dedi, avropalaşmaq-filan. Dedim, Zaur, bəsdi. Nə avropalaşmaq salmısız. Dədə-babalarımızdan nə gözəl adətlər qalıb. 5 yaşlı oğlan uşağına bağçada yubka geyindirirlər ki, böyüyəndə arvadının qədrini bilsin. O uşaq nə olacaq? Böyüyənə qədər özü anabala olacaq. Mirmövsüm Nəvvab ailədə kişi necə olmalıdır, onu çox gözəl izah edib.

- Sizə görə, ailədə kişi necə olmalıdır?

- Kişi ailədə hər şeyə öz dəyərini verməlidir. Mən öz həyat yoldaşımı nişan günü görmüşəm. 

- Sizcə, bu doğrudur?

- Mən öz xarakterimi erkən yaşlardan bilirəm. Məndə konkret insana yox, insaniyyətə sevgi var. Ona görə də, kiminlə evlənsəm, onu sevəcəyimi bilirdim. 

- İndiyə qədər ürəyiniz istəyən tamaşanı oynamısız?

- Bəli, oynamışam. Haqverdiyevin "Bəxtsiz cavan" əsəri. Çox sağ olsun, yaxşı yoldaşlar onu Azərbaycan Televiziyası arxivindən yox elədilər. O tamaşa mənə bir gündə populyarlıq gətirmişdi. Gözü götürməyənlər oldu. 

- Bəs hansı rolları oynamaq istəyərdiz?

- "Paris Notr-Dam" əsərindəki Kvazimodonu oynamaq istəyərdim. Bir də Romeo obrazını. Nə deyim, həyatdır da. 1978-ci ildə məni Moskvada teatrda saxlamaq istəyirdilər. Anamın sözünə görə qayıdıb gəldim.

- Teatrda hazırkı vəziyyət necədir?

- Hazırda tamaşalar hazırlanır. Rəhbərlik çalışır ki, dirçəltsin teatrı. 

- Yaşlı nəsil, adətən, gəncləri tənqid edir, bəyənmir. Siz gənclər barədə nə düşünürsüz?

- Gənclər çox savadsızdır. Əllərindən telefon düşmür. Savadsız da olmalıdır.

- Niyə?

- Orta məktəbdə oxuyanda mənə desəydilər ki, müəllimə pul ver, səni öyrətsin, gülərdim. Deyərdim, başınız xarabdır, müəllimə necə pul verə bilərəm? Amma indi repetitor yanına gedir hamısı. Ona görə də, savadsızlıq baş alıb gedir. Televiziyalarda da belədir. Bayaq dediyim kimi, hava məlumatı verir, açıq-saçıq geyinib çıxır. Bu normal geyinib çıxa bilmir? Uşaqlar bundan nə götürsün? Ona görə də, Hüseyn Cavid yazmışdı:
"Dərdə bax, millətə bax, niyyətə bax
Ölülərdən ölülər feyz alacaq..."
 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 İyun 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri