Icma.az
close
up
RU
QHT layihəsinin yekun tədbirini keçirib FOTOLAR

QHT layihəsinin yekun tədbirini keçirib FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant  müsabiqəsi  çərçivəsində “Oriqami” uşaq  və yeniyetmələr  ictimai birliyi 03 iyun 2025-ci il tarixində Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li tam orta məktəbdə  “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbirini təşkil etmişdir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, bu barədə layihənin rəhbəri  Namiq Nəcəfov məlumat verib. Onun sözlərinə görə, “Oriqami” uşaq  və yeniyetmələr  ictimai birliyi  03 iyun 2025-ci il tarixində Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li tam orta məktəbin pedaqoji kollektivinin və 30 nəfər şagird kontingüntinin iştirakı ilə  “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin  yekun  tədbirini keçirmişdir.

Tədbirin təşkili üçün məktəbin Akt  zalında xüsusi  hazırlıq  işləri  görülmüşdü. Layihənin rolapı qurulmuş, masaların üstünə  yol hərəkətinin təhlükəsizliyinə dair yol nişanları düzülmüş, xüsusi turacaqlarda məlumat daşıyıcıları və  layihənin  loqolu,təsvirli  atributları qoyulmuşdu. “Oriqami” təşkilatı layihəyə qoşulmuş 15 qız və15 nəfər oğlan ,cəmi 30 nəfər şagirdin rəğbətləndirilməsi məqsədi ilə 30 dəst  loqolu,təsvirli  xüsusi dəst, tərkibində - loqolu papaq  və loqolu,təsvirli qısaqol köynək, loqolu təsvirli iştirakçı Sertifikatlı, loqolu, təsvirli Poster, vımpel, loqolu, təsvirli 30 ədəd hədiyyə çantaları hazırlamışdı.

“Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbirində, praftik olaraq piyada mədəniyyətinin aşılanması prosesində şagirdlərin aldıqları yeni məlumatlar, yol hərəkətinin təhlükəsizlik qaydalarına dair nəzəri biliklər,yolda, piyada zolaqlarından  düzgün istifadə davranışı, yolu keçərkən  təhlükəsiz davranış qaydalarının  nümayişi  məqsədi ilə “ Oriqami” uşaq birliyi  Akt zalının mərkəzində  “ 4 yol ayrıcı“ dekorasiyasını qurmuşdu. Burada 4 işıqfor yerləşdirilmiş, piyadalar üçün 4 keçid zolağı salınmışdı. 4 tərəfdən yol ayrıcını səkilər əhatə edir və yolun hüdudlarını göstərirdi.

" 4 yol ayrıcı“ na xüsusi aşırma geyimlərdən istifadə edən uşaqların cəlb olunması  prosesi canlandırır və  maraqlı oyun əsnasında iştirakçılara yol hərəkətinin təhlükəsizlik qaydalarını nümayiş etditrməyə imkan yaradırdı. 30 nəfər məktəblinin həb biri,  bilavasitə, prosesə cəlb olunmuşdular. Onlar , həm piyadalar rolunda, həm də  xüsusi  geyimləri  ilə - üzərində çəkilmiş  gösrtəricilərlə - "yol patrul xidmətinin əməkdaşı”, ”tramvay”, “tpoleybüs”, “avtobus”, ”minik maşını”, ”yanğından mühafizə avtomobilı”,”taksi”, “yük maşını”, ”təcili yardım” biri birindən fərqlənsələr də, ümumi yol hərəkəti prosesinin,piyada mədəniyyətinin formalaşmasında fəal iştirakçılara çevrilmişdilər.

“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” lyekun tədbiri saat 12-00 da başladı. Layihənin rəhbəri N.Nəcəfov tədbirə toplaşanları salamladı, “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin məktəblilər üçün fərdi təhlükəsizlik baxımından böyük əhəmiyyətini  qeyd etdi. Sonra “4 yol ayrıcı“ dekorasiyası üzərində şagirdlərin iştirakı ilə rollu, situativ oyun keçirildi. 30 şagird layihə nətiçəsində əldə etdikləri bilikləri, qazandıqları düzgün, təhlükəsiz davranış qaydalarını əyani olaraq bacarıqla nümayiş etdirdilər.

Layihənin yekun tədbirində iştirak edən K.Məmmədov adına 209 № li tam orta məktəbin direktoru  Səbahət Ağayeva  şagirdlərin piyada mədəniyyətinə yiyələnmələri  istiqamətində nümayiş etdirdikləri təhlükəsiz davranış qaydalarını, onların uğuru kimi qeyd etdi və məktəbliləri təbrik etdi. Yekun tədbirdə  məktəbin UBRT Təranə Əliyeva, Psixoloq Sevinc Muradova hər bir şagirdə Sertifikat, Hədiyyə çantası, xüsusi geyim dəsti təqdim etdilər. K.Məmmədov adına 209 № li tam orta məktəbə layihənin Posteri və Vımpel təqdim olundu.

Tədbir şagirdlərdə çöşqun əhval-ruhiyyə yaratdı, onlar razılıqlarını bildirdilər. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan  “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsi məktəblilərdə məmnunluq doğurdu. Oğlan və qızlar yeni  layihələrdə iştirak etmək arzularını bildirdilər.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 İyun 2025 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri