Icma.az
close
up
RU
50 yaşdan sonra necə gənc və zövqlü görünmək olar?

50 yaşdan sonra necə gənc və zövqlü görünmək olar?

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Demək olar ki, hər bir qadın gəncliyini və gözəlliyini qorumağa çalışır. Xüsusilə 50 yaşdan sonra bu məsələ daha da аktuallaşır. Mütəxəssislərin fikrincə, cavan görünməyin yolu təkcə kosmetoloji prosedurlardan keçmir - düzgün geyim tərzi də bu məsələdə mühüm rol oynayır.

"Unikal" 50 yaşdan sonra eleqant görünməyin sirlərini sizinlər bölüşür: 

Stilistlərin sözlərinə görə, bu yaş dövründə qadınlar tez-tez iki əsas səhvə yol verirlər: ya öz gözəlliklərini ruhsuz geyimlərin altında gizlədirlər, ya da yaşlarına uyğun olmayan paltarlar seçərək obrazı uyğunsuz hala salırlar.

Bu səbəbdən hansı geyimlərdən uzaq durmaq, hansılara üstünlük vermək lazım olduğunu bilmək vacibdir.

Sərbəst biçimli geyimlər

Dar paltarlar 50 yaşdan sonra fiquru daha yığcam göstərmir. Əksinə, bədən quruluşundakı xırda nüansları qabardır. Stilistlər məsləhət görür ki, geyim dərini sıxmamalı, silueti düzgün formalaşdırmalıdır. Sərbəst biçim həm rahatlıq, həm də eleqant görünüş yaradır.

Cins şalvar seçimi

Skinny və cırıq modellərdən uzaq durmaq tövsiyə olunur. Ən ideal seçim - orta bel, klassik, düz kəsimli cinslərdir. Onları sadə köynəklər, rahat kəsimli köynəklər və ya təbii parçalardan olan bluzlarla kombin etmək olar. Parlaq detal üçün qırmızı ayaqqabı və ya al qırmızı dodaq boyası kifayətdir.

Əsas geyimlər

Mütəxəssislər bildirir ki, qara, ağ, boz və bej rənglər 50 yaşdan sonra daha gənc və zərif görünməyə kömək edir. Bu rənglər istənilən obraz üçün baza rolunu oynayır. Qarderobda bir neçə sadə futbolka, qara şalvar və bej palto və ya trençkot olması belə qısa zamanda zövqlü görünüş yaratmağa imkan verir.

Köynəyin içəri salınması

50 yaşdan sonra köynəyi tamamilə çöldə geyinmək əvəzinə, asimmetrik şəkildə qismən içəri salmaq daha məqsədəuyğundur. Bu üsul həm obrazı daha maraqlı edir, həm də beli vizual olaraq incə göstərir.

Düzgün uzunluq seçimi

Yaxşı fiquru olan qadınlar qısa geyimlər geyinə bilsələr də, eleqant stil üçün midi və maksi uzunluqlar daha uyğundur. Ekstremal mini modellərdən uzaq durmaq tövsiyə edilir.

Bunun fonunda stilistlər qadınlara qarderoblarını vaxtaşırı yeniləməyi tövsiyə edir. 2000-ci illərdən qalan, artıq dəbdən düşmüş geyimlər emosional dəyər daşısa da, yeni və aktual obrazlara yer açmaq üçün onlarla vidalaşmaq lazımdır.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri