Icma.az
close
up
RU
50 yaşında tələbə oldu, diplom aldı

50 yaşında tələbə oldu, diplom aldı

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uzun illər dərziliklə məşğul olsa da, bu sahə üzrə rəsmi peşə təhsilinə malik olmayan Cəlilabad rayon sakini Akşin Şəbiyev bir neçə il əvvəl Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin dərzi ixtisasına qəbul olunub.

Təhsil aldığı qrupdakı tələbələrin əksəriyyəti ondan təxminən 30 yaş kiçik olsa da, bu fərq A.Şəbiyevin hədəflərinə çatmasına mane olmayıb. O, gənclərlə çiyin-çiyinə dərslərdə iştirak edib, praktiki bacarıqlarını daha da təkmilləşdirib. Nəticədə peşə təhsilini uğurla başa vuraraq dərzi ixtisası üzrə diplom alan məzunlar sırasında yer alıb.

Akşin Şəbiyev təəssüratlarını bölüşərək deyib: “Uzun illərdir dərzi kimi fəaliyyət göstərirəm. Ancaq bu sahə üzrə rəsmi peşə təhsilim yox idi. 50 yaşım olmasına baxmayaraq, “təhsil almaq üçün heç vaxt gec deyil” prinsipi ilə təhsil almağa qərar verdim. Bu peşəni yaxşı bilsəm də, təhsil müddətində mənim üçün yeni olan bir çox incəlikləri və peşənin xırda detallarını öyrəndim. Bu biliklər gələcək fəaliyyətimdə mənə çox faydalı olacaq”.

Qazandığı uğurda müəllimlərinin böyük rolu olduğunu vurğulayan A.Şəbiyev bildirib ki, onlar təhsil müddətində tələbələrə daim dəstək olub, bilik və təcrübələrini böyük həvəslə bölüşüblər.

Qrupda ən yaşlı tələbə olsa da, bunu heç vaxt problem kimi görmədiyini vurğulayan həmsöhbətimiz qeyd edib ki, gənclərlə birlikdə oxumaq ona xoş təsir bağışlayıb. “Qrupda ən yaşlı tələbə mən olsam da, bunu heç vaxt problem kimi görmədim. Əksinə, gənclərlə birlikdə oxumaq mənə xoş təsir bağışladı. Onlarla ünsiyyət qurmaq, birlikdə öyrənmək mənə əlavə motivasiya verdi və bir daha əmin oldum ki, təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur”, – deyə o əlavə edib.

Gələcək planlarından danışan A.Şəbiyev bundan sonra həm dərzilik fəaliyyətini davam etdirəcəyini, həm də müəllim kimi çalışaraq qazandığı bilik və təcrübəni gənclərə ötürmək istədiyini vurğulayıb./Azərtac/

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 İyul 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri