UEFA dan Gürcüstanda Beşiktaş azarkeşlərinə qarşı polis müdaxiləsi ilə bağlı açıqlama
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
UEFA Türkiyənin “Beşiktaş” klubu ilə İsrail təmsilçisi “Hapoel Beer-Şeva” arasında Gürcüstanın Batumi şəhərində keçirilən oyunda baş verən insidentlə bağlı açıqlama yayıb.
Qaynarinfo xəbər verir ki, Avropa futbol qurumu hadisələrə görə məsuliyyət daşımadığını bildirib və polis müdaxiləsinin "Beşiktaş" azarkeşləri arasında yaranan mübahisəni dayandırmaq məqsədi daşıdığını iddia edib.
Qeyd edək ki, UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edib. Görüşün 76-cı dəqiqəsində Junior Olaitan, 90-cı dəqiqəsində isə Orkun Kökçü fərqlənib.
Lakin matç təkcə nəticəsi ilə deyil, tribunada baş verən hadisələrlə də yadda qalıb. "Beşiktaş"lı azarkeşlərin Fələstin bayrağı açmasından sonra Gürcüstan polisi tribunaya müdaxilə edib. Polis əməkdaşlarının gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə etdiyi bildirilir. Hadisələr zamanı xəsarət alan bəzi azarkeşlər xərəkdə stadiondan çıxarılaraq xəstəxanaya aparılıb.
İnsident səbəbindən qarşılaşma təxminən 40 dəqiqə dayandırılıb. Baş hakim Morten Kroq futbolçuları paltardəyişmə otağına göndərib. “Beşiktaş"ın oyunçuları isə tribunaya yaxınlaşaraq azarkeşləri sakitləşdirməyə çalışıblar. Polis geri çəkildikdən sonra matç bərpa olunub.
UEFA-nın açıqlamasında bildirilib ki, qarşılaşmanın Türkiyədə keçirilməməsi barədə qərar yerli qurumların tövsiyəsi əsasında qəbul edilib və yeni məkan kimi Gürcüstanın Batumi şəhəri müəyyənləşdirilib. Qurum qeyd edib ki, matçın təşkilatçısı UEFA olmayıb və stadiondakı təhlükəsizlik məsələləri yerli səlahiyyətli orqanların məsuliyyətində olub.
Açıqlamanın ən çox müzakirə doğuran hissəsində isə UEFA hadisələrin başlanmasına səbəb kimi Beşiktaş azarkeşləri arasındakı mübahisəni göstərib. Qurumun məlumatına görə, yerli polis azarkeşlərin olduğu sektora onların arasında yaranan davanı sakitləşdirmək məqsədilə müdaxilə edib. UEFA məhz bu müdaxilədən sonra polis və azarkeşlər arasında gərginliyin yarandığını iddia edib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 Noyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















