500 il əvvəlki “qiyamət xəbərləri” hərraca çıxarılır
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.
Təxminən beş əsr əvvəl hazırlanmış nadir əlyazma dünyanın ən qeyri-adi kitab hərraclarından birinin əsas lotuna çevrilib.
Kulis.az xəbər verir ki, “Book of Miracles” adlı 16-cı əsr kitabında fəlakətləri, təbiət hadisələrini və insanların ilahi xəbərdarlıq kimi qəbul etdiyi təsvirləri əks etdirən 167 rəsm var.
Onlardan birində 1551-ci ildə Leypsiq üzərində eyni vaxtda beş Günəşin göründüyü, digərində isə 1456-cı ildə Romaya qan yağdığı təsvir olunur.
Əlyazma yalnız bir nüsxədə mövcuddur və indiyədək elm adamları onun niyə hazırlandığını dəqiq müəyyənləşdirə bilməyiblər. Kitabın dekabrın 10-da Londonda keçiriləcək hərracda 700 min funt sterlinq – 1 milyon funt sterlinq arasında qiymətə satılacağı gözlənilir.
Maraqlıdır ki, əsərin mövcudluğu alimlərə məlum olmayıb; o, Almaniyanın cənubundakı qədim qəsrin kitabxanasında tapıldıqdan sonra 2008-ci ildə satışa çıxarılıb.
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da Məktəblərdə psixi sağlamlıq Məşhur rejissor vəfat etdi
Baxış sayı:111
Bu xəbər 18 Noyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















