5,1 milyardlıq təhsil büdcəsi Hansı istiqamətlərə xərclənəcək?
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Dövlət büdcəsi layihəsində təhsil xərclərinə ayrılacaq 5 milyard 99 milyon manat vəsait əsasən ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, ali təhsilin inkişafına və elmi tədqiqatlarla inteqrasiyasına, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, rəqəmsal təhsilə, müasir texnologiyaların tətbiqinə və təhsil infrastrukturunun inkişaf etdirilməsinə sərf ediləcək”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Ölkəmizin elmi potensialının gücləndirilməsi və elmin nəticələrinin iqtisadiyyata tətbiqi işini yaxşılaşdırmaq üçün elm sahəsinə ayrılması nəzərdə tutulan 257 milyon 920 min 835 manat vəsait elmi tədqiqatların və innovasiyaların dəstəklənməsinə, rəqəmsal inkişafın sürətləndirilməsinə, süni intellekt və innovativ texnologiyaların tətbiqinə, təhsil və elmin iqtisadi inkişafla əlaqələndirilməsinə yönəldiləcəkdir", - deyə vitse-spiker vurğulayıb.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 13 Noyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















