Icma.az
close
up
RU
525 ci qəzet 20 Yanvar hüzn və qürurun qovuşduğu məqam

525 ci qəzet 20 Yanvar hüzn və qürurun qovuşduğu məqam

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İllərdən bəridir ki, 20 Yanvar faciəsi qəlbimizi göynədir, ürəyimizi ağrıdır. O qanlı günlərdə xalqımızın övladlarına atılan güllələrin yeri, ruhumuzda açılan yaralar sağalmaq bilmir. Mənfur sovet imperiyasının  başımıza gətirdiyi bu qanlı faciənin üstündən illər karvanını sürüb keçsə də, xalqımız azadlığı uğrunda şəhid olan oğul və qızlarını heç vaxt unutmur. Daim onların xatirəsini  ehtiramla yad edir, hörmətlə anırıq. Ağrı-acılarını yaşadığımız bu qanlı hadisənin ildönümlərində yüzlərlə, minlərlə insan faciənin qurbanlarının xatirəsini yad etmək üçün əllərində gül dəstələri kövrək addımlarla Şəhidlər xiyabanına üz tutur.

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə ölkəmizin paytaxtı Bakı şəhərində Azərbaycan tarixinin ən qanlı hadisələrindən biri baş verdi. Sovet ordusunun növbənöv hərbi texnikaları və ən müasir silahları ilə təchiz olunmuş xüsusi bölmələri bir neçə istiqamətdən ölkəmizin paytaxtı üzərinə hücuma keçərək əliyalın şəhər sakinlərini gülləbaran etdi. Heç kimə mərhəmət göstərmədən günahsız dinc əhalini tankların tırtılları altına salıb əzdilər. Xalqımıza qarşı qanlı qətliam törədildi. Yaşamaq-yaratmaq arzusunda olan neçə-neçə insanın həyat yolu bir gecənin içində qırıldı. Baxan gözlər qan ağlayır, ürəklər hiddətlə döyünürdü.

Həmin gecə şəhidlik zirvəsinə yüksələnlərin sayı məlum olanda müsibətin ağırlığı daha da artdı. Dəhşətli 20 Yanvar gecəsində Bakıda, həmçinin müxtəlif rayonlarda keçmiş imperiya əsgərləri tərəfindən 132 nəfər qətlə yetirildi. 700 nəfərdən çox vətəndaş ağır yaralandı və müxtəlif dərəcəli bədən xəsarəti aldı. 12 nəfər itkin düşdü. Şəhid olanlardan 123-ü kişi, 5-i qadın, 4-ü isə uşaq idi. Bu qanlı faciədə təkcə azərbaycanlılar deyil, şəhərimizdə yaşayan başqa millətlərin nümayəndələri də əsgərlərin atdığı güllələrə tuş gəlmişdilər.

Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si azyaşlı uşaq idi. Ürək dağlayan bu ağrılı faktlarla yaxından tanış olduqca bir daha aydın görünür ki, şəhərimizə soxulmuş imperiya əsgərləri nə qadınlara, nə də azyaşlı uşaqlara aman vermiş, hamını güllə yağışına tutmuşdular. Dünyanın heç bir yerində, heç bir müharibəsində təcili yardım maşınları atəşə tutulmayıb, həkimlər öldürülməyib. Amma qansız, insani hisslərdən məhrum olmuş sovet əsgərləri o gecə həkimlərə də atəş açmışdılar.

35 il bundan əvvəl soyuq bir qış günündə baş vermiş 20 Yanvar faciəsi xalqımızın tarixində qəhrəmanlıq səhifəsi kimi qalacaq. Həmin günü, həmin anı bütün azərbaycanlılar - həm indiki, həm də gələcək nəsillər həmişə iftixar və qürurla xatırlayacaqlar. Çünki Azərbaycan xalqının cəsur oğul və qızları o gecə qanları ilə qəhrəmanlıq salnaməsi yazdılar. Biz bu şanlı tarixin səhifələrindən müstəqillik uğrunda mübarizə aparmağın yollarını öyrənirik. Qorxmadan, böyük cəsarətlə o şəhidlərin yarımçıq qalmış həyat və mübarizə yolunu davam etdirməkdəyik. 

20 Yanvar ölkəmizdə Ümumxalq Hüzn günü kimi qeyd edilir. Müqəddəs ziyarətgaha çevrilmiş, and yerimiz olan Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə-kompleksi ucaldılıb. Gecə-gündüz yanan məşəl sanki şəhidlərin ruhuna keşik çəkir, bizim milli düşüncə və mücadilə yolumuzu aydınladır.

İndi şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda şəhid olduqları müqəddəs amallar və arzular çiçək açıb, bəhrə verib. Bu gün biz 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində Zəfər qazanmış, Qarabağı azad, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş qalib bir ölkədə yaşayırıq.

Ruhunuz şad olsun, əziz şəhidlərimiz!

Reyhan TAHİRQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Yanvar 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri