Ürək sağlamlığı üçün uzun gəzinti daha faydalıdır TƏDQİQAT
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Madrid Avropa Universitetinin alimləri müəyyən ediblər ki, gün ərzində bir neçə qısa gəzinti ilə müqayisədə bir uzun gəzinti ürək sağlamlığı üçün daha faydalıdır.
Lent.az xəbər verir ki, tədqiqatın nəticələri “Annals of Internal Medicine” jurnalında dərc olunub.
Alimlər fiziki aktivliklə bağlı məlumatları təhlil edərək onları ölüm halları və ürək-damar hadisələri ilə müqayisə ediblər. Araşdırmaya gündə orta hesabla 8 min addımdan az yeriyən və tədqiqatın əvvəlində ürək-damar xəstəlikləri və ya xərçəng tarixçəsi olmayan şəxslər daxil edilib.
Təxminən on il ərzində 735 ölüm halı və 3 119 ürək-damar hadisəsi, o cümlədən infarkt və insult qeydə alınıb. Təhlil göstərib ki, yeriş vərdişləri mühüm əhəmiyyət daşıyır. Ən yüksək risk fiziki aktivliyi çox qısa müddətli hərəkətlərlə məhdudlaşan şəxslərdə müşahidə olunub. Beş dəqiqədən az davam edən gəzintilər ölüm hallarının və ürək-damar ağırlaşmalarının daha çox qeydə alınması ilə əlaqələndirilib.
Ən aşağı risk isə müntəzəm olaraq ən azı 15 dəqiqə gəzən iştirakçılarda müşahidə edilib. Bu qrupda ölüm və ürək-damar hadisələrinin nisbəti əhəmiyyətli dərəcədə aşağı olub. Tədqiqat müəllifləri qeyd edirlər ki, bəzi hallarda qısa gəzintilər araşdırma zamanı aşkar edilməyən əsas sağlamlıq problemlərinin nəticəsi ola bilər.
Baxış sayı:54
Bu xəbər 31 Dekabr 2025 06:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















